Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

Sep 15, 2025

22 min

"PAŞA Holding"in Korporativ İnnovasiyalar üzrə rəhbəri Tuğra Musayeva ilə Azərbaycandakı innovasiya ekosistemi, xüsusilə də bu ekosistemin səmərəli fəaliyyəti üçün istedadların yetişdirilməsi və dəstəkləyici mühitin yaradılması barədə danışdıq.
Qonağımız innovasiyaların həm idxalı, həm də daxildə inkişafı ilə bağlı müxtəlif strategiyaların xüsusiyyətlərini izah etməklə yanaşı, innovasiyaların yaranması üçün şirkətdaxili mədəniyyətin uyğunlaşmaya məcbur olduğunu vurğulayır.

Sep 11, 2025

26 min

Uşaq və yeniyetmə psixoloqu Murad Akifsoy ilə cəmiyyətdə uşaq tərbiyəsi ilə bağlı geniş yayılmış fikirləri müzakirə etdik.
Qonağımız cavablarında valideynlərin bəzən işlətdiyi ağır sözlər və uşaqlara qarşı təhqirlər, həmçinin disiplin anlayışının yanlış yozulması və uşaqların onlarla mübahisə etməsinə qarşı dözümsüzlükləri mövzularına xüsusi diqqət ayırdı.

Sep 8, 2025

12 min

Artan dünya əhalisinin qida ehtiyaclarının qarşılanması, kənd təsərrüfatına yararlı torpaqların azalması və iqlim dəyişikliyinin yaratdığı çətinliklər qida sənayesində köklü dəyişiklikləri zəruri edir. Molekulyar bioloq Nərmin Axundova bildirir ki, bu dəyişikliklər birdən-birə baş verəcək inqilab deyil, artıq müşahidə olunan davamlı bir prosesdir.
Süni ət, GMO məhsulları və qidaların zənginləşdirilməsi kimi yeni yanaşmaların istehlakçılar tərəfindən birmənalı qarşılanmadığını qeyd edən spiker vurğulayır ki, bəşəriyyət yalnız bu innovasiyaları qəbul etməklə gələcəkdə davamlı, təhlükəsiz və etik qida təminatını əldə edə biləcək.

Sep 4, 2025

14 min

“Dynamic Box Studio” şirkətinin həmtəsisçisi Şahin Əliyev oyunlaşdırma anlayışından və onun həm iş, həm də təhsil mühitində səmərəliliyi artırmaq potensialından danışıb.
Qonağımız 1913-cü ildə Henri Fordun konveyer xəttini tətbiq etməklə istehsalata inqilab gətirməsinə baxmayaraq, bu prosesin işçilərdə motivasiya itkisinə səbəb olduğunu vurğulayır və əlavə edir ki, oyunlaşdırma yanaşması həm əməkdaşların, həm də tələbələrin motivasiyasını yüksək saxlamaq və daha yaxşı nəticələr əldə etmək üçün səmərəli vasitədir.

Sep 1, 2025

11 min

Ali təhsil üzrə tədqiqatçı Abbas Abbasov bildirir ki, bu gün təhsil sistemləri süni zəkanın yaratdığı dəyişikliklərə cavab olaraq özünü yenidən kəşf etməyə məcburdur.
Qonağımız vurğulayır ki, süni zəkanın əlçatan olması ilə daha da dərinləşən böhranın əsas səbəblərindən biri təhsilin məntiqi və linqvistik bacarıqları ölçən standartlaşdırılmış imtahanlardan asılı olmasıdır.
Spikerin sözlərinə görə, insan zəkası yalnız bu bacarıqlardan ibarət deyil və təhsil bütün zəka formalarını inkişaf etdirəcək şəkildə qurulmalıdır.

Jul 31, 2025

6 min

Xaricdə təhsil mütəxəssisi Günay Məsimova valideynlərin övladlarını məktəbdən uzaqlaşdıraraq diqqəti yalnız xarici universitetlərə qəbul üçün tələb olunan test hazırlığına yönəltməsinə diqqət çəkir.
Qonağımız bildirir ki, bu testlər qəbul üçün vacib olsa da, məktəb fənlərinin və fundamental biliklərin arxa plana atılması gələcəkdə tələbələr üçün ciddi çətinliklər yaradır.
Bununla yanaşı, qonağımız azərbaycanlı gənclərin xaricdə təhsil alarkən müstəqil həyata yetərincə hazır olmamalarının da əlavə problemlərə səbəb olduğunu vurğulayır.

Jul 28, 2025

19 min

Endorphin reklam agentliyinin rəhbəri Orxan Kərim hesab edir ki, reklam kommunikasiyanın aparıcı aləti olmaqla yanaşı, cəmiyyətdə əhəmiyyətli dəyişikliklər yarada biləcək güclü bir vasitədir.
Onun fikrincə, müasir brendlər yalnız satışa yönəlik kampaniyalara deyil, sosial təsir gücünə malik təşəbbüslərə də üstünlük verməlidirlər.
Qonağımız əlavə edir ki, empatiya və strateji baxışa əsaslanan məqsədyönlü marketinq cəmiyyətdə uzunmüddətli dəyişikliklərə səbəb ola bilər.

Jul 24, 2025

32 min

Jest dili üzrə təlimçi Nuranə Abıyeva ilə bu ünsiyyət formasının cəmiyyətdə tutduğu əhəmiyyətli roldan danışdıq. Çıxışında o, jest dili ilə bağlı geniş yayılmış yanlış təsəvvürləri qeyd edərək vurğuladı ki, bu dil yalnız eşitmə və danışma məhdudiyyəti olan şəxslər və onların yaxınları üçün deyil, bütövlükdə cəmiyyət üçün önəmli ünsiyyət vasitəsidir.
Qonağımız həmçinin qeyd edir ki, jest dili təkcə kommunikasiya vasitəsi deyil, həm də mədəniyyət və kimlik daşıyıcısıdır. Məhz bu səbəbdən, onun öyrənilməsi cəmiyyətin daha anlayışlı və bərabərhüquqlu gələcəyinə atılan vacib addımdır.

Jul 21, 2025

13 min

Azərbaycan balının zənginliyini vurğulayan arıçı Elvin Bayramlı bizimlə söhbətində qeyd edib ki, ölkə balının ixrac potensialı yüksək olsa da, bunun reallaşdırılması üçün fermerlər, şirkətlər və dövlət qurumları birgə çalışmalıdır.
Qonağımız prosedurların sadələşdirilməsinə, arıçılarla dövlət qurumları arasında daha səmərəli əməkdaşlığa və baytarlıq xidmətlərinin təkmilləşdirilməsinə çağırış edir. O, əlavə edir ki, arıların qorunması qida təhlükəsizliyi və ekoloji balansın təmin olunması üçün həyati əhəmiyyət daşıyır.

Jul 17, 2025

8 min

“Planda Bayırşəhər” sənədli filmini Bakıda tarixi məhəllələrin ardıcıl şəkildə sökülməsinə cavab olaraq çəkdiyini bildirən Elməddin Süleymanov, əvvəlki təcrübələri nəzərə alaraq bu prosesi sənədləşdirməyi öz borcu kimi qəbul etdiyini deyir.
Rejissor əlavə edir ki, bu ərazilərin itirilməsi təkcə memarlıq irsinin deyil, həm də Bakı şəhərinin ruhunun və məhəllə həyatının itirilməsi deməkdir. O, həmçinin əvvəlki söküntülərin insanları doğma məhəllələrindən uzaqlaşdıraraq sosial bağları qırdığını və gündəlik həyatı sarsıtdığını da vurğulayır.

Version: 20241125