Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

Jul 14, 2025

14 min

Hazırda dünyada 500 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir və bu rəqəmin gələcək illərdə daha da artacağı proqnozlaşdırılır. Endokrinoloq Fidan Qulu ilə bu xəstəliyin əlamətləri, xüsusiyyətləri və onunla mübarizədə atılmalı olan addımlar haqqında danışdıq.
Qonağımız şəkərli diabetin xroniki xəstəlik olduğunu və səssiz şəkildə ürək, böyrək, göz və damar sisteminə zərər verərək infarkt, insult, korluq və ya böyrək çatışmazlığına səbəb ola biləcəyini vurğulayıb.

Jul 11, 2025

18 min

Boşanmaların əksəriyyətinin tanışlıq mərhələsində buraxılan səhvlərdən qaynaqlandığını vurğulayan münasibət və boşanma üzrə kouç Kama Əhməd, bizimlə söhbətində terapist Deyvid Stil tərəfindən hazırlanmış “şüurlu tanışlıq” anlayışından danışdı.
Qonağımızın sözlərinə görə, şüurlu tanışlığın əsas prinsiplərindən biri özünü tanımaqdır. İnsan öz dəyərlərini, ehtiyaclarını, həyata baxışını və münasibətdən gözləntilərini dəqiq bilmədən sağlam münasibət qura bilməz.

Jul 7, 2025

10 min

Yeni müsahibəmizdə hüquqşünas Günel Əliyeva Azərbaycanda boşanmanın uşaqların hüquqları və emosional rifahı üzərində yaratdığı ciddi təsirlərdən danışır.
Qonağımız vurğulayır ki, emosional gərginliyin yüksək olduğu boşanma prosesi zamanı tez-tez uşaqların sevgi, qayğı və hər iki valideynlə sağlam mühitdə yaşamaq kimi əsas hüquqları pozulur. Bəzi hallarda isə uşaqlardan alət kimi istifadə olunur və ya onlar emosional manipulyasiyaya məruz qalırlar.

Jul 3, 2025

21 min

Yeni müsahibəmizdə televiziya və radio aparıcısı Fateh gələn il 100 yaşı tamam olacaq Azərbaycan radiosunun bir əsrlik inkişaf yoluna, eləcə də rəqəmsal dövrdə radionun üzləşdiyi reallıqlara nəzər salır.
Fateh çıxışında radionun Sovet dövründə totalitar təbliğat vasitəsi kimi istifadə olunmasından, müstəqillikdən sonra isə özəl radioların meydana gəlməsi ilə radionun xalqa yaxın üslublar gətirməsindən, eyni zamanda radionun Azərbaycan mədəniyyətinə və dilinə verdiyi töhfələrdən danışır.
Qonağımız deyir ki, radio müasir alətlərə uyğunlaşmaq məcburiyyətindədir.

Jun 30, 2025

11 min

14 yaşında qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüş Günay Məmmədzadə qadınlar arasında şahmat üzrə üçqat Azərbaycan çempionudur. O, yeniyetmələr arasında ikiqat dünya və Avropa çempionu olub. Hazırda Azərbaycanın ən yüksək reytinqli qadın şahmatçısıdır. 
Yeni müsahibəmizdə Günay Məmmədzadə ilə şahmat haqqında söhbət etmişik. Qonağımız vurğulayır ki, Azərbaycanda şahmata maraq artsa da, inkişaf üçün təkcə həvəs kifayət etmir. O, dövlət və özəl sektoru tərəfindən gənc istedadlara dəstək göstərilməsinin vacibliyini qeyd edir.

Jun 26, 2025

9 min

Təhsil mütəxəssisi Aynurə Abdullayeva ilə müsahibəmizdə mədəniyyət, ənənə və qlobal trendlərin təhsilə inteqrasiyası haqqında danışdıq.
Qonağımız vurğulayır ki, yerli ənənələr və mədəni dəyərlər düşünülmüş şəkildə tətbiq olunduqda, şagirdlərin yazı, nitq və tənqidi təfəkkür bacarıqları da daxil olmaqla, ümumi idrak inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər.
Lakin spikerimiz xəbərdarlıq edir ki, ənənə müasir təhsilin məqsədlərinə mane olmamalıdır.

Jun 23, 2025

8 min

Yeni müsahibəmizdə jurnalist Pəri Abbaslı müasir jurnalistika və rəqəmsal mediada vertikal videoların artan təsirindən danışır.
Sosial media platformalarının ənənəvi horizontal formatlardan vertikal formatlara keçidi sürətləndirdiyini qeyd edən qonağımız əlavə edir ki, bu formatdan istifadə getdikcə daha da artacaq.
Pəri Abbaslı bildirir ki, vertikal videolar vətəndaş jurnalistikasını gücləndirir, lakin xəbərlərin bu şəkildə demokratikləşməsi müəyyən risklər də yaradır.

Jun 19, 2025

13 min

Hüquqşünas Mehri Rzayeva iş yerlərində cinsi ayrı-seçkilik və seksual qısnamaya dair problemlərə toxunur və qadınların bu halları sübut etməkdə qarşılaşdıqları çətinlikləri vurğulayır. Qonağımız izah edir ki, diskriminasiya daha çox işə qəbul, vəzifəyə yüksəlmə və əmək haqqı ilə bağlı danışıqlar zamanı baş verir.
Mehri Rzayeva bildirir ki, Azərbaycanın əmək qanunvericiliyində bu məsələlərlə effektiv mübarizə aparmaq üçün aydın daxili qaydalar və icra mexanizmləri yoxdur.

Jun 16, 2025

14 min

Yeni müsahibəmizdə tarixçi Müşfiq Əkbər Bakının unudulmuş Sabunçu kəndinin zəngin, lakin diqqətdən kənarda qalmış tarixi və mədəni potensialı haqqında danışır. Qonağımız Sabunçu xəstəxanasını, Nobel qardaşlarının işçi şəhərciyini, elektrik stansiyasını və buradakı multikultural yaşayış tərzini xüsusi vurğulayır.
Müşfiq Əkbər bildirir ki, Sabunçu bərpa olunsa, bu məkan Azərbaycanın sənaye, mədəni və multikultural tarixi üçün nadir bir turizm istiqamətinə çevrilə bilər.

Jun 12, 2025

9 min

Azərbaycan Biznes Keys Müsabiqəsinin məzunu və təlimçisi Səkinə Qaragöz bu yarışma ilə bağlı təcrübəsini və onun peşəkar inkişafına necə təsir etdiyini bölüşür.
Qonağımız qeyd edir ki, bu müsabiqə tələbələrə real biznes problemlərini müəyyənləşdirməyi, məhdud resurslarla strateji həll yolları tapmağı, eləcə də strateji düşünmə, ünsiyyət və əməkdaşlıq kimi əsas bacarıqları inkişaf etdirməyi öyrədir.
Səkinə Qaragöz əlavə edir ki, bu müsabiqə tələbələrə nəzəriyyədən daha çox praktiki təcrübə qazandırır.

Version: 20241125