Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

Jul 30, 2026

9 min

Süni intellekt dövründə rəqabətdə geri qalmamaq və aktuallığı itirməmək üçün təkcə nəzəri biliklər artıq kifayət etmir. Google şirkətində proqram mühəndisi kimi çalışan İkram Gabiyev hesab edir ki, uşaqlar erkən yaşlardan eksperiment aparmağı, yeni ideyaları sınaqdan keçirməyi və praktik problemləri həll etməyi öyrənməlidirlər.
Qonağımız vurğulayır ki, təhsil sistemində robototexnika, proqramlaşdırma və laboratoriya işlərinə daha geniş yer verilməsi gələcək nəsli sürətlə dəyişən texnologiya mühitinə daha yaxşı hazırlaya bilər.

Jul 27, 2026

13 min

Peşəkar kouç Nərgiz Əkbərova gəlir və xərcləri düzgün idarə etməyin, eləcə də maliyyə hədəflərinə çatmağın praktik yollarını bölüşür. O deyir ki, büdcə planlaması insanın həyatını məhdudlaşdırmır, əksinə, ona daha çox maliyyə azadlığı qazandırır.
Spiker impulsiv alış-verişdən yayınmağın, ehtiyacla istəyi ayırd etməyin və fövqəladə hallar üçün maliyyə ehtiyatı yaratmağın əhəmiyyətini vurğulayır. O, həmçinin maliyyə savadlılığının uşaqlıqdan formalaşdırılmasının vacibliyini və valideynlərin bu prosesdə rolunu xüsusi qeyd edir

Jul 23, 2026

12 min

Breda Universitetinin tədqiqat və strateji inkişaf üzrə mütəxəssisi Cavid Cəfərov qlobal miqyasda rəqabət üzərində formalaşmış ali təhsil ekosistemində universitet reytinqlərinin rolundan danışır.
Qonağımız universitet reytinqlərinin müsbət tərəflərini qeyd etməklə yanaşı, bəzi universitetlərin dayanıqlı uğurun əsasını təşkil edən keyfiyyətli tədqiqat, akademik nəşrlər və yüksək səviyyəli təhsilə deyil, daha çox reytinqlərin yüksəldilməsinə üstünlük verməsinin yaratdığı problemlərə diqqət çəkir.

Jul 20, 2026

17 min

Klinik psixoloq Humay Eminzadə asılılığın beyində necə formalaşdığını, onun qərarvermə, emosiyalar və gündəlik həyata təsirini elmi əsaslarla izah edir.
Spiker sosial media və telefon istifadəsindən tutmuş münasibət və maddə asılılığına qədər müxtəlif asılılıq növlərinin ortaq mexanizmlərini və risk faktorlarını müzakirə edir.
Çıxışda həmçinin asılılığın ailəyə, psixi sağlamlığa və həyat keyfiyyətinə təsiri, eləcə də müalicə və profilaktika yolları haqqında praktik tövsiyələr təqdim olunur.

Jul 16, 2026

12 min

Yeni videomuzda kommunikasiya üzrə ekspert Jalə Abbasova yumşaq bacarıqların gələcəyin ən vacib kompetensiyalarından biri olacağını əsaslandırır. O, texniki biliklərin uğur üçün kifayət etmədiyini, effektiv ünsiyyət, liderlik, empatiya və adaptasiya bacarıqlarının real nəticələri müəyyənləşdirdiyini vurğulayır. 
Çıxışda beynəlxalq araşdırmalara əsaslanaraq yumşaq bacarıqların əmək bazarında artan əhəmiyyəti və süni intellekt dövründə oynadığı rol təqdim olunur. Qonağımız həmçinin bu bacarıqların anadangəlmə olmadığını, davamlı təcrübə və özünü inkişaf etdirmə ilə formalaşdığını qeyd edir. 

Jul 13, 2026

12 min

Handicraft Baku platformasının həmtəsisçisi Jalə Nəcəfova ölkədə yerli brendlərin inkişafı üçün formalaşdırılan dəstək platformasının yaranma hekayəsini bölüşür.
O, çıxışında Handicraft-ın kiçik təşəbbüsdən geniş yaradıcı icmaya çevrilməsi, yerli istehsalçıların qarşılaşdığı çətinliklər və onların inkişafı üçün yaradılan imkanlardan danışır.
Qonağımız platformanın formalaşdırdığı ekosistemdən, eləcə də yaradıcı sənayelərin inkişafı istiqamətində atılan addımlardan bəhs edir.

Jul 9, 2026

11 min

Yeni videomuzda uşaqlar və gənclərlə iş üzrə mütəxəssis, mental sağlamlıq üzrə tədqiqatçı Gülsüm Məmmədova uşaqların və gənclərin ailə, məktəb və sosial mühitdə qazandıqları təcrübələrin onların emosional rifahına necə təsir etdiyini izah edir.
Qonağımız uzun illərin praktik təcrübəsindən və beynəlxalq elmi tədqiqatlardan əldə etdiyi müşahidələri bölüşərək, uşaqların hisslərini hekayələr, rəsmlər və yaratdıqları obrazlar vasitəsilə necə ifadə etdiklərini, eləcə də ailə dəstəyinin onların mental sağlamlığında oynadığı həlledici rolu izah edir.

Jul 6, 2026

16 min

Urbanizasiya üzrə tədqiqatçı Fidan Namazova şəhərlərin insan həyatına və psixi sağlamlığa təsirindən bəhs edir. O, çıxışında neyrourbanizm, təbiətə əsaslanan həllər, yaşıllıq və parkların insan rifahına təsiri, eləcə də dünyanın uğurlu şəhərsalma nümunələrindən danışır.
Fidan Namazova vurğulayır ki, şəhərlər yalnız binalar və yollardan ibarət deyil. Onun sözlərinə görə, düzgün şəhərsalma insanların sağlamlığını, psixi rifahını və həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət etməlidir.

Jul 2, 2026

5 min

Memar-dizayner Nərmin Qasımova iqlim dəyişikliyi və təbii sərvətlərin tükənməsi fonunda memarlıq və dizaynın üzərinə düşən məsuliyyətdən danışır.
Qonağımız material seçiminin müasir memarlığın ən vacib qərarlarından birinə çevrildiyini və bunun həm ətraf mühitə, həm də gələcək nəsillərə təsir göstərdiyini vurğulayır.
Spiker davamlılığın layihələndirmə prosesinin ilk mərhələsindən nəzərə alınmasının vacibliyindən və memarlıq təhsilində bu yanaşmanın rolundan bəhs edir.

Jun 29, 2026

20 min

Bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev Azərbaycan mədəniyyətinin unikallığının modernliklə ənənə arasında qurulan tarazlıqdan qaynaqlandığını bildirir. O, çıxışında bu tarazlığın milli musiqimizi və milli kimliyimizi necə formalaşdırdığını izah edir.
Qonağımız Üzeyir Hacıbəylinin yaradıcılığını, Bakının yüksəlişini, texnoloji yeniliklərin musiqiyə təsirini, eləcə də imperiyaların, modernləşmənin və sənaye inqilabının Azərbaycan musiqi mədəniyyətində buraxdığı izləri təhlil edir.

Version: 20241125