Episodes

Monday Sep 02, 2024

Thursday Aug 29, 2024
Thursday Aug 29, 2024
Azərbaycandakı təhsillə xaricdəki təhsil arasında əsas fərqlər nələrdir? Şəxsiləşdirilimiş təhsil prosesi nə deməkdir? Xaricdə təhsillə bağlı diqqətdən kənarda qalan məsələlər hansılardır?
Tədqiqatçı Emil Mirzəyevlə bu haqda danışır.

Monday Aug 26, 2024
Monday Aug 26, 2024
“Cinsindən, oriyentasiyasından, etnik mənsubiyyətindən, yaşından, xarici görünüşündən, sosial statusundan və təcrübəsindən asılı olmayaraq, bütün müəllimlərə hörmətlə yanaşılmalıdır.”
Təhsil mütəxəssisi Aygün Pəncəliyeva ilə müəllimlərin şərəf və ləyaqət hüququ barəsində danışmışıq.

Thursday Aug 22, 2024
Thursday Aug 22, 2024
Məktəbəqədər yaşda olan uşaqların tərbiyəsində oyuncaqların rolu nədən ibarətdir? Oyuncaqları seçərkən hansı məqamlara diqqət yetirmək lazımdır? Uşaqlar üçün faydalı ola biləcək oyunları evdə necə hazırlaya bilərik?
Tərbiyəçi müəllim Pəri Osmanova bu haqda danışır.

Monday Aug 19, 2024
Monday Aug 19, 2024
Uşaq inkişaf fondlarının işləmə mexanizmi necədir? Belə proqramlar uşaq rifahına necə dəstək olur? Azərbaycanda uşaq inkişafı fondlarının yaradılması hansı problemlərin həllində rol oynaya bilər?
Elmlər doktoru Aytəkin Hüseynli izah edir.

Thursday Aug 15, 2024
Thursday Aug 15, 2024
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) digər ticarət marşrutlarından nə fərqləndirir? Ələt Azad İqtisadi Zonasının əsas funksiyası nədir? Orta Dəhliz marşrutunu təkmilləşdirmək üçün hansı addımların atılması vacibdir?
Şərqşünas tədqiqatçı Vüsal Quliyevlə videomuzu izləyərək öyrənə bilərsiniz.

Monday Aug 12, 2024
Monday Aug 12, 2024
Məişət zorakılığı ilə mübarizədə risk qiymətləndirilməsi effektiv vasitə ola bilərmi? Karseral metodun hansı çatışmayan cəhətləri var? Risk qiymətləndirilməsi prosesində dövlət qurumlarının üzərinə hansı öhdəliklər düşür?
Qadın haqları üzrə hüquqşünas Vəfa Rüstəmlə videomuzu izləyə bilərsiniz.

Thursday Aug 08, 2024
Thursday Aug 08, 2024
Süni zəkada etika ilə bağlı hansı problemlər ortaya çıxa bilər? Süni zəkanın qərarvermə mexanizmi necədir? Süni zəka qərəzli ola bilərmi?
Sosial media tədqiqatçısı Cavid Ağa ilə süni zəka və etika barəsində videomuzu izləyərək öyrənə bilərsiniz.

Monday Aug 05, 2024
Monday Aug 05, 2024
Azərbaycanda hazırda hansı bölgələrdə arxeoloji tədqiqatlar aparılır? Dövlət mülkiyyətində olan ərazilərdə qanunsuz qazıntı aparmağın cəzası nədir? Arxeoloji irsin qorunması üçün hansı tədbirlər görülür?
Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fariz Xəlilli bu suallara cavab verir.

Thursday Aug 01, 2024
Thursday Aug 01, 2024
Karbon xərcləri nədir və ətraf mühitə necə təsir edir? İqlim dəyişikliyi ilə mübarizədə individualların rolu nədən ibarətdir? Karbon kreditləri effektiv mübarizə üsuludurmu?
İqlim dəyişikliyi üzrə mütəxəssis Ayan Şamçıyeva ilə videomuzu izləyərək öyrənə bilərsiniz.