Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Listen on:

  • Podbean App
  • Spotify

Episodes

Monday Oct 07, 2024

Elmi jurnallarda məqalələrin çap edilməsi üçün hansı prosesdən keçmək lazımdır? Sosial sahələrdə elmi məqalələrin yazılması üçün hansı tələblər var? Elmi jurnalların təsir qüvvəsi dedikdə nə nəzərdə tutulur?
Vaşinqton Universitetinin elmi işçisi Aytəkin Hüseynli bizimlə bu haqda danışıb.

Thursday Oct 03, 2024

İşəgötürənlər əmək münasibətlərində hansı problemlərlə qarşılaşırlar? İşçilərin müqaviləsinə xitam verərkən hansı məqamlara diqqət edilməlidir? Müəssisələrdə daxili intizam qaydalarının hazırlanması nə üçün vacibdir?
Hüquqşünas Araz İsmayılov bu mövzuda təcrübəsini bölüşür.

Monday Sep 23, 2024

Təhsilin inkişafında həmrəylik pedaqogikası nə üçün əhəmiyyətlidir? Rəqabətyönümlü pedaqogika hansı mənfi nəticələrə səbəb ola bilər? Şagirdlər məktəbdə xoşbəxtdirlərmi?
Təhsil mütəxəssisi Ülviyyə Mikayılova bu haqda danışmışıq.

Thursday Sep 19, 2024

Neyromüxtəliflik nədir və təhsil prosesində nə üçün nəzərə alınmalıdır? Yaradıcılığın təhsil üçün əhəmiyyəti nədən ibarətdir? Öyrənmə müxtəlifliklərinin hansı faydaları ola bilər?
Təhsil mütəxəssisi Coana Braun ilə bu haqda danışmışıq.

Monday Sep 16, 2024

Müstəqil həyat tərzi fəlsəfəsi nə deməkdir? Əlilliyi olan şəxslərin qanunvericiliyin təkmilləşdirilməsində iştirakı nə üçün vacibdir? Müyəssərliyin təmin edilməsi üçün nələrə diqqət etmək lazımdır?
“Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilovla videomuzu izləyə bilərsiniz.

Thursday Sep 12, 2024

Monday Sep 09, 2024

İtkin düşmüş şəxslərin ailələrinin hansı ehtiyacları var? Beynәlxalq Qızıl Xaç Komitәsi itkin düşmüş şəxslərin kimliyinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycanda hansı işləri görür?
Beynәlxalq Qızıl Xaç Komitәsinin nümayəndəsi Elif Günce ilə videomuzu izləyə bilərsiniz.

Version: 20241125