Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Listen on:
Episodes

Jan 7, 2022
Jan 7, 2022
20 min
İqtisadçı Rəşad Həsənov deyir ki, pandemiyadan əvvəl dayanıqlı inkişaf məqsədləri istiqamətində müəyyən bir yol qət edilmişdisə, pandemiya dövrü bütün bu prosesləri bir xeyli arxaya atdı. Yoxsulluq dərəcəsinin yenidən artmasını buna misal göstərmək olar.

Jan 7, 2022
Jan 7, 2022
6 min
“Bizim gənclər sosial məsələlərə biganə qalmırlar. Əgər həmin o niyyətlər varsa, biz tamamilə fərqli düşüncə tərzi ilə sosial problemləri cəmiyyətimizdə həll edə bilərik.” Gənclər niyə sosial sahibkarlıqla məşğul olmalıdırlar? Sosial sahibkar Sara Rəcəbli danışır.

Jan 7, 2022
Jan 7, 2022
14 min
Vüsalə Məhərrəmova deyir ki, veqanlıq haqqında ən böyük miflərdən biri veqan həyat tərzinin bahalı olmasıdır. Halbuki günlük istifadə etdiyimiz meyvə, tərəvəz, çərəzlər və digər onlarla məhsul veqandır və ət, süd məhsullarından qat-qat daha ucuzdur.

Jan 7, 2022
Jan 7, 2022
14 min
Təhsil İnstitutunun layihə rəhbəri İlahə Rəsulova deyir ki, oxuduğumuz sözlərin mənasını başa düşürüksə, bu həm də oxuduğumuzu anlayırıq mənasına gəlmir, oxuyub anlama çox daha mürəkkəb bir bacarıqdır.

Jan 7, 2022
Jan 7, 2022
12 min
Valideynlərimizlə olan münasibətimiz həyatımıza böyük ölçüdə təsir edən ən vacib insan münasibətlərindən biridir. Sağlam valideyn-övlad münasibəti qurmaq üçün nə lazımdır? Uşaq inkişafı üzrə ekspert və təlimçi Vüsalə Əhmədlə pozitiv valideynlik haqqında söhbət etmişik.

Jan 7, 2022
Jan 7, 2022
16 min
Psixoloq Nərmin Rəhimli deyir ki, insanlar autizmin xəstəlik yox, fərqlilik olduğunu qəbul etsələr, autizmli uşaqların həyatı daha da asanlaşar. Onunla autizmdə müalicə və müdaxilə metodları haqqında müsahibəmizi buradan izləyə bilərsiniz.

Jan 7, 2022
Jan 7, 2022
10 min
Yaşadığımız şəhərlər daha çox insanlara, yoxsa avtomobillərə xidmət edir? Bloger-urbanist Anar Əliyevlə insan yönümlü şəhərlər haqqında söhbət etmişik.

Jan 7, 2022
Jan 7, 2022
19 min
Elektron valyutalar gələcəkdə ənənəvi pulu əvəzləyə bilərmi? Rəqəmsal maliyyə üzrə mütəxəssis Günel Musayeva ilə rəqəmsal maliyyə trendləri haqqında danışmışıq.

Jan 7, 2022
Jan 7, 2022
11 min
Azərbaycan ərazisindən keçən trans-sərhəd çayları müxtəlif tullantılarla çirklənir və ətraf mühitə böyük ölçüdə zərər vurur. Bəs bu tullantıları tənzimləmək üçün hansı tədbirlər görülür? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov izah edir.

Jan 7, 2022
Jan 7, 2022
15 min
Mental sağlamlıq vəziyyətimiz həyat keyfiyyətimizə böyük ölçüdə təsir göstərir. Bəs özümüzün və ətrafımızdakıların mental sağlamlığı haqqında nə qədər bilirik? Psixoloq Cəmilə Rəhimli ilə müsahibəmizi izləyin.

