Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

Jan 7, 2022

17 min

“Hər iki tərəfdə eyni dil danışılır, eyni problemlərdən əziyyət çəkir insanlar, eyni mədəni köklərə sahibdir. Bu əlaqələri qurmaq hər iki tərəfə ancaq fayda verər.” Bloger Elvin Cəbizadə ilə İran Azərbaycanı kinosu və iki ölkə arasında mədəni körpü haqqında danışmışıq.

Jan 7, 2022

17 min

Jan 7, 2022

17 min

Azərbaycanda ədəbiyyat və sənət qonşu ölkələrlə müqayisədə daha az inkişaf edib. Bəs bunun səbəbi nədir? Yazıçı Cavid Ramazanovla müasir Azərbaycan ədəbiyyatının problemləri haqqında söhbət etmişik.

Jan 7, 2022

17 min

Jan 7, 2022

15 min

“Çalışmaq lazımdır ki, səndən sonrakı insanlar üçün yaratdığın məkanlarda onların xatirələri formalaşmış olsun.” Necə memar olmaq olar? Memar Urfan Məmmədov ilə söhbətimizi izləyin.

Jan 7, 2022

15 min

Jan 7, 2022

14 min

Vəkil Zibeydə Zəkəriyyəyeva ilə son həftələr müzakirə mövzusuna çevrilmiş şəxsi həyata hörmət hüququ haqda söhbət etmişik.

Jan 7, 2022

14 min

Jan 7, 2022

11 min

Caz musiqisi Azərbaycanın musiqi tarixində yeni bir ənənə deyil, Sovet dövründən bəri bu musiqi inkişaf edərək öz xüsusi auditoriyasını tapa bilib. Bəs bu gün caz musiqisinin Azərbaycandakı vəziyyəti nə yerdədir? Bəstəkar Afşin Əlizadə ilə bu mövzu haqqında söhbətləşmişik.

Jan 7, 2022

11 min

Jan 7, 2022

15 min

“Mühafizəkar cəmiyyətlər başda olmaqla, dünyanın əksər ölkələrində hələ də qadınların və fərqli sosial statusa malik insanların innovasiya fəaliyyətlərində nəticələr arzuolunan deyil.” İqtisadçı Təhmasib Əlizadə ilə inklüziv inkişaf və innovasiya haqqında danışmışıq.

Jan 7, 2022

15 min

Jan 7, 2022

13 min

Azərbaycan beynəlxalq hesabatlarda gələcəkdə çox ciddi su problemi yaşayacaq ölkələrdən biri kimi göstərilir. Buna baxmayaraq, dövlət bu problemi çox gec, 2020-ci ildə Kür çayında baş verən quraqlıq hadisəsindən sonra başa düşməyə başlayıb. Kənd təsərrüfatı layihələri üzrə mütəxəssis Ramil Azməmmədovla su probleminin kənd təsərrüfatına təsiri haqqında danışmışıq.

Jan 7, 2022

13 min

Jan 7, 2022

15 min

“Trollinqin əsas təhlükəsi kimisə yamsılamaqla həmin insanın etibarsızlaşmasına xidmət etmək, bir qrupu nifrət nitqinə tabe tutaraq onlara cəmiyyətdə mənfi münasibət yaratmaqdır.” Trollinq nədir? Sosial media tədqiqatçısı Cavid Ağa izah edir.

Jan 7, 2022

15 min

Jan 7, 2022

10 min

Şəhərlərdə ictimai zonalardan necə faydalanmaq olar? Memar Səbinə Abbasova ilə taktiki urbanizmdən danışmışıq.

Jan 7, 2022

10 min

Jan 7, 2022

17 min

Ətrafımızdakı insanlara olan inamımız bizə necə təsir edir? Bu inamdan faydalanmaq mümkündürmü? ADA Universitetinin dekanı Anar Vəliyev sosial kapitalın nə olduğunu izah edir.

Jan 7, 2022

17 min

Version: 20241125