Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Listen on:
Episodes

Jan 7, 2022
Jan 7, 2022
11 min
Hüquq həmişə ədalətlidirmi və aktivizm hüququn dəyişməsinə necə təsir göstərib? Mərkəzi Avropa Universitetinin magistranti Lalə Darçınova izah edir.

Jan 7, 2022
Jan 7, 2022
13 min
Könül Şirin deyir ki, Avropa ölkələri ilə müqayisədə Azərbaycanda yaşayış binalarının enerji intensivliyi çox yüksəkdir, bu isə ölkənin ümumi enerji istehlakında böyük yer tutur. Qonağımızla binalarda enerji istehlakını necə səmərəli etməli mövzusunda söhbət etmişik.

Jan 7, 2022
Jan 7, 2022
23 min
Asiman Qocayev deyir ki, bəzən insanlar düşünür ki, hansısa bir sahəni yaxşı bilmək o mövzuda uşaqlara və gənclərə təlim keçmək üçün kifayətdir. Lakin bu, belə deyil. Qonağımızla regionlarda gənclərlə sosial iş haqqındakı söhbətimizi izləmək üçün keçid edin.

Jan 7, 2022
Jan 7, 2022
14 min
Tullantıların çeşidlənməsi dünya praktikasında uzun müddətdir mövcud olsa da, Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Budəfəki videomuzda Bioropean şirkətinin təsisçisi Emin İlyasla məişət tullantıları və təkrar istehsal zənciri haqqında danışmışıq.

Jan 7, 2022
Jan 7, 2022
18 min
Ətraf mühitə ən çox ziyan vuran şeylərdən biri də kütləvi turizmdir. Buna alternativ olaraq, regionların yerli təbiətinə və icmasına zərər vurmayan ekoturizm mövcuddur. Tural Ömərov ekoturizmi izah edir.

Jan 7, 2022
Jan 7, 2022
23 min
İncəsənət tarixin ən ümidsiz vaxtlarında belə, insanlara ümid verərək, onların həyatlarını az da olsa yaxşılaşdıra bilib. Aynur Zərrintac buna ən böyük nümunələrdən biri: konslager və gettolarda teatrlar haqqında danışır.

Jan 7, 2022
Jan 7, 2022
14 min
Dizayner Röyal Paşayev deyir ki, "kitabı üzünə görə qiymətləndirmə" ifadəsinə skeptik yanaşmaq lazımdır. Onun fikrincə tərtibat və xarici görünüşün çox önəmli funksiyası var və bunu görməzdən gəlmək doğru deyil.

Jan 7, 2022
Jan 7, 2022
9 min
“Vətəndaş cəmiyyəti qrupları avtoritarlaşma prosesinin passiv iştirakçısından sivil maraqların müdafiəçisinə çevrilmək istəyirsə, öz icmasını daha da böyütmək haqqında düşünməlidir.” Tədqiqatçı Nəcmin Kamilsoyla demokratik geriləmə və vətəndaş cəmiyyəti haqqında söhbət etmişik.

Jan 7, 2022
Jan 7, 2022
10 min
Sonuncu muzey təcrübəniz yadınızdadırmı və həmin təcrübədən nələr öyrənmisiniz? Muzey təhsili mütəxəssisi Səyyarə Hüseynli ilə muzeylərin təhsildə rolu haqqında söhbət etmişik.

Jan 7, 2022
Jan 7, 2022
18 min
İqlim böhranı daha da kəskinləşdikcə bərpa olunan və alternativ enerji mənbələrinə keçid məsələsi də daha çox gündəmə gəlir. Bəs bu enerji keçidinin neft-qaz ölkələri üçün mümkün nəticələri nə olacaq? Enerji eksperti Kənan Aslanlı izah edir.

