Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Listen on:
Episodes

Jan 7, 2022
Jan 7, 2022
21 min
Harvard Universitetinin təqaüdçüsü, tədqiqatçı Zülfiyyə Əbdürəhimova-Karberri ilə Azərbaycanda qapalı siyasi mühit və müharibə konteksində əhalinin insan haqlarını və vətəndaş iştirakını necə anladığını öyrənmək məqsədilə keçirilən sorğunun nəticələri haqqında söhbət etmişik.

Jan 7, 2022
Jan 7, 2022
21 min
Biotexnologiya fərqli məhsullar hazırlamaq üçün bioloji sistemlərdən, canlı orqanizmlərdən və ya onların hissələrindən istifadə edən texnologiyadır. Bu dəfəki videomuzda onkoloq-cərrah Vüqar Yaqublu ilə dünyanı dəyişən biotexnoloji startaplar haqqında söhbət etmişik.

Jan 7, 2022
Jan 7, 2022
11 min
Kolumbiya Universiteti doktorantı Abbas Abbasovla təhsil xeyriyyəçiliyinin tarixi və əhəmiyyəti haqda danışmışıq.

Jan 7, 2022
Jan 7, 2022
8 min
Yaşadığımız yerdəki memarlıq nümunələri həyatımıza nə qədər təsir edə bilir? Növbəti qonağımız memar İlqar Manafsoyla müsahibəmizi izləyin.

Jan 7, 2022
Jan 7, 2022
12 min
Şəhərdə gündəlik istifadə etdiyimiz nəqliyyat, ictimai binalar, xəstəxanalar və digər infrastruktur obyektləri təəssüf ki, heç də hamı üçün əlçatan deyil. Bəs şəhərlərin daha inklüziv olması üçün nə edə bilərik? Sosial sahibkar Məhəmməd Kekalovla bu mövzu haqqında söhbət etmişik.

Jan 7, 2022
Jan 7, 2022
11 min
Hüquqşünas Emin Aslan ilə Avropa İnsan Hüquqları Məhkəməsinin yaranmasının qısa tarixi, məhkəmənin fəaliyyət istiqamətləri və Azərbaycanla bağlı vəziyyət haqqında söhbət etmişik.

Jan 7, 2022
Jan 7, 2022
10 min
“Bir neçə ildir tədqiqatçılar yaxın zamanda belə bir pandemiyayla üzləşəcəyimiz barədə kitablar yazırlar, məqalələr dərc edirlər. Təəssüf ki, bu inamsızlıq məlumatsızlıq səbəbindən hələ də davam edir.” Növbəti videomuzda bioloq Naqi Məhəmmədzadə ilə elmi metod haqqında danışmışıq.

Jan 7, 2022
Jan 7, 2022
8 min
Münaqişələrin transformasiyası mütəxəssisi Nuriyyə Həsənova deyir ki, münaqişə və sülh tədqiqatlarını anlamaq üçün əvvəlcə onların nəsillərini anlamaq lazımdır. Qonağımızla müharibə və sülh tədqiqatlarının inkişaf mərhələləri haqqında söhbət etmişik.

Jan 7, 2022
Jan 7, 2022
11 min
Tədqiqatçı Elnaz Vəliyeva deyir ki, su çatışmazlığının qadınlar üzərində təsirlərinin böyük olduğu halda, su ilə bağlı məsələlərdə qadınlar qərarvericilikdə iştirak etmirlər.

Jan 7, 2022
Jan 7, 2022
14 min
Gender və münaqişə araşdırmaçısı Sevinc Səmədzadə deyir ki, cinsi zorakılığa məruz qalmış insanlar nə qədər çox bu haqda danışsa və bunu ictimailəşdirsə, digər insanlar da başa düşəcək ki, onlar tək deyillər.

