Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Listen on:
Episodes

Jan 7, 2022
Jan 7, 2022
14 min
Azərbaycanda zorakılığa məruz qalmış qadınlarla bağlı ən böyük problemlərdən biri sığınacaqların az olmasıdır. "Qadın üçün" təşəbbüs qrupunun təsisçisi və yazar Zümrüd Yağmurla ailə institutu, zorakılıq və sığınacaqlar haqqında söhbət etmişik.

Jan 7, 2022
Jan 7, 2022
12 min
Bu dəfəki videomuzda quş müşahidəçisi Zülfü Fərəcli ilə quşların eko-sistem üçün faydaları, onların üzləşdikləri təhlükələr və quşların mühafizəsi üçün atılmalı olan addımlar haqqında danışmışıq.

Jan 7, 2022
Jan 7, 2022
31 min
Elmi tədqiqatlar nə üçün əhəmiyyətlidir və onların məhz universitetlərdə aparılması nə kimi imkanlar yaradır? Növbəti videomuzda Kolumbiya Universitetinin doktorantı Abbas Abbasov ilə bu mövzuda söhbətləşmişik.

Jan 7, 2022
Jan 7, 2022
11 min
İnvestisiyalar üzrə analitik Xeyransa Musayeva ilə blokçeyn texnologiyası, onun xüsusiyyətləri və potensial istifadə sahələri haqda söhbət etmişik.

Jan 7, 2022
Jan 7, 2022
17 min
Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktoru İnqilab Əhmədov deyir ki, Azərbaycan enerji keçidində konkret hədəflər müəyyənləşdirib, o hədəflərə çatmaq üçün uğurlu idarəetmə mexanizmi qurmalıdır. Azərbaycan enerji keçidinə hazırdırmı? Müsahibəni izləmək üçün keçid edin.

Jan 7, 2022
Jan 7, 2022
17 min
Qanunvericilik uşaqlarla bağlı məsələləri necə tənzimləyir və onların hüquqları necə qorunur? Hüquqşünas Nərmin Əmirova uşaqların iştirak hüququ haqqında danışır.

Jan 7, 2022
Jan 7, 2022
14 min
Şagirdlərin diqqətinin dərsdə olması üçün nə etmək lazımdır? Qonağımız, təlimçi Vəfa Qəhrəman izah edir.

Jan 7, 2022
Jan 7, 2022
14 min
“Ümumdünya Səhiyyə Təşkilatının bəyanına əsasən, 2020-ci ildə 2.3 milyon qadına süd vəzi xərçəngi diaqnozu qoyulmuşdur, 685 min şəxs xəstəlikdən dünyasını dəyişmişdir.” Molekulyar bioloq Aygün Azadova ilə süd vəzi xərçəngi maarifləndirmə ayı haqqında danışmışıq.

Jan 7, 2022
Jan 7, 2022
21 min
Menstruasiya haqqında danışılmayan, gizli saxlanılan bir mövzu olduğu üçün onunla bağlı çoxlu miflər, səhv məlumatlar mövcuddur. Tədqiqatçı Səadət Abdullazadə ilə menstruasiyanı normallaşdırmağın yollarından və bu məqsədlə çıxardıqları menstruasiya kitabı haqqında söhbətləşmişik.

Jan 7, 2022
Jan 7, 2022
16 min
Ülviyyə Babayeva deyir ki, bölgələrdə qadınların toplaşa biləcəyi bir yer yoxdur. Çayxanalar, internet klublar onlar üçün nəzərdə tutulmayıb. Qonağımız bunu nəzərə alıb, Bərdədə qadınların rahat vaxt keçirə biləcəyi bir klub yaradıb. Növbəti videomuz Bərdə Women Club haqqındadır.

