Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

Jan 7, 2022

22 min

Oyun oynamaq və oyuncaqlar uşaqların inkişafında böyük rol oynayır. Bəs uşaqlara oyuncaq seçərkən nələrə diqqət etmək lazımdır? Uşaq və ailə psixoloqu Ruhəngiz Əhmədova ilə uşağın inkişafında oyunun rolu haqqında söhbət etmişik.

Jan 7, 2022

30 min

Maliyyə böhranlarının hansı növləri var? Böhranları proqnozlaşdırmaq mümkündürmü? Böhranlardan yayınmaq olarmı? Qonağımız, iqtisadçı Əhliman Abbasov öz təqdimatında bu suallara cavab verib.

Jan 7, 2022

14 min

Azerbaijani Socks-un yaradıcısı Tereza Hamlin amerikalıdır və 17 ildir ki, Azərbaycanda yaşayır. O, bu sosial biznesi qurmaqla həm regionlardakı qadınların corab toxuyaraq əlavə gəlir qazanmalarına, həm də bu sənətin itməməyinə çalışır.

Jan 7, 2022

12 min

Gülnara Mehdiyeva deyir ki, icmalar təşkilatlandıqda onların çətinliklərin qarşısında dik duran bir obraz yaranır və bu da özünə hörmət hissini artırır. Qadınların təşkilatlanması niyə vacibdir? Feminist fəal ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Jan 7, 2022

11 min

Ceyhun Atayevin Azərbaycanda innovasiyalarla bağlı izləyicilərimizə vermək istədiyi bəzi suallar var. 

Jan 7, 2022

23 min

Azərbaycanda təhsil sahəsində hansı islahatlar aparılır və bu islahatların mövcud durumu nədir? Qonağımız Təhsil İnstitutunun direktoru Rüfət Əzizovdur.

Jan 7, 2022

11 min

Robotlaşma insan əməyinə necə təsir edəcək? Hansı peşə və ixtisaslar üçün gələcəkdə robotlaşma gözlənilir? Avtomatlaşdırma mühəndisi Nəzrin Əliyeva izah edir.

Jan 7, 2022

20 min

Növbəti videomuzda memar Urfan Məmmədov memarlıq və mülkiyyət mövzusunda təqdimat edir.

Jan 7, 2022

12 min

“You Will Speak” tədris mərkəzinin təsisçisi Günay Rəsulova deyir ki, uşaqlar anlamalıdırlar ki, dərslərdə aldıqları qiymətlər heç də önəmli deyil. Bunu başa düşdükləri zaman tədris prosesi onlar üçün daha əyləncəli olacaq.

Jan 7, 2022

28 min

Dizayner Röyal Paşayevla Azərbaycanda dizayn sahəsinin mövcud vəziyyəti, onun təkmilləşdirilməsi yolları haqda söhbət etdik.

Version: 20241125