Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Listen on:
Episodes

Jul 10, 2023
Jul 10, 2023
14 min
İqtisadçı Fərid Mehralızadə deyir ki, regionlarda iş yerlərinin az olması insanları Bakı və Bakı ətrafı ərazilərə köçməyə vadar edir. Daxili miqrasiyanın bu cür plansız şəkildə baş verməsi isə təkcə həmin insanlar üçün deyil, hər kəs üçün problem yaradır.

Jul 7, 2023
Jul 7, 2023
12 min
Təhlükəsizlik dilemması nədir? Müasir tədqiqatçılar bu nəzəriyyə ilə bağlı nə düşünür? Təhlükəsizlik dilemması nə zaman mövcud olur? Müxtəlif idarəetmə sistemlərində bu dilemma özünü necə göstərir? Siyasi tədqiqatçı Fuad Şahbazla təhlükəsizlik dilemması barəsində danışmışıq.

Jul 5, 2023
Jul 5, 2023
18 min
Razılıq (consent) anlayışı nə deməkdir? Razılığı etibarsız edən məqamlar hansılardır? Bu mövzu ilə bağlı Azərbaycanda və dünyada hansı hüquqi modellər və qanunvericilik nümunələri var? Tədqiqatçı Nərgiz Muxtarovanın mövzu ilə bağlı təqdimatını izləyə bilərsiniz.

Jul 3, 2023
Jul 3, 2023
18 min
Vətəndaş cəmiyyəti nədir və əhəmiyyəti nədən ibarətdir? Vətəndaş cəmiyyətinin hansı funksiyaları var? Fərdlər öz icmalarının problemlərini necə həll edə bilərlər? Növbəti qonağımız, tədqiqatçı Turqut Qəmbərlə vətəndaş cəmiyyəti barəsində danışmışıq.

Jun 30, 2023
Jun 30, 2023
15 min
Rəqs necə yaranıb? İnsanlar niyə rəqs etməyə başlayıblar? Azad rəqs nə deməkdir? Rəqs bir terapiya metodu ola bilərmi? Xoreoqraf-rəqqas Nigar İbrahimbəyli ilə videomuzu izləyə bilərsiniz.

Jun 28, 2023
Jun 28, 2023
16 min
Azərbaycanda təbii fəlakətlərə hazırlıq səviyyəsi nə yerdədir? Əmək təhlükəsizliyinin istənilən səviyyəyə gəlməsi üçün hansı normativlər olmalıdır? Yanğın təhlükəsizliyinə hazırlıqlı olmaq üçün nə edilməlidir? Təhlükəsizlik üzrə mütəxəssis Orxan Musayevlə videomuzu izləyərək öyrənə bilərsiniz.

Jun 26, 2023
Jun 26, 2023
14 min
Dövlət siyasətinin qurulması dedikdə nə nəzərdə tutulur? Müxtəlif idarəetmə sistemlərində dövlət siyasətinin qurulması prosesi necə aparılır? Avtoritar və liberal-demokratik rejimlərdə bu proses necə fərqlənir? Tədqiqatçı Nəcmin Kamilsoyla videomuzu izləyərək öyrənə bilərsiniz.

Jun 23, 2023
Jun 23, 2023
14 min
Üzr videoları nəyə görə çəkilir? Bununla bağlı dövlət orqanlarının arqumentləri nədən ibarətdir? Üzr videolarının çəkilməsi hansı insan hüquq və azadlıqlarına ziddir? Budəfəki videomuzda hüquqşünas Kənan Qayıbovla üzr videolarının hüquqi və penoloji təhlili haqqında danışmışıq.

Jun 21, 2023
Jun 21, 2023
29 min
İncəsənət yönümlü ixtisaslarda qəbul şərtləri necə olmalıdır? Həvəsləndirici və inkşaf etdirici tədbirlər necə təşkil edilməlidir? Tələbə hansı şərtlərlə məktəbi başa vurmalıdır? Memar Urfan Məmmədovun memarlıq təhsilinin təşkili ilə bağlı çıxışını izləyə bilərsiniz.

Jun 19, 2023
Jun 19, 2023
16 min
Natiqliyin dörd əzələsi nədən ibarətdir? İctimai çıxışın uğurlu alınıb-alınmadığını nədən bilə bilərik? Tarixdə yadda qalan nitqlərin hansı ortaq xüsusiyyətləri var? Natiqlik üzrə kouç Coşqun Kərimovun çıxışını izləyə bilərsiniz.

