Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

Jun 16, 2023

18 min

LGBTQ+ icması niyə sosial təminat çatışmazlığı ilə üzləşir? Dövlət bu problemin aradan qaldırılmasında öz öhdəliklərini yerinə yetirirmi? Bu istiqamətdə atılmalı olan ən vacib addımlar hansılardır? Hüquqşünas Səməd Rəhimli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Jun 14, 2023

28 min

Türkiyə seçkilərində iştirakçılığın yüksək olması nə ilə əlaqəlidir? Seçkilərdən sonra xarici və daxili siyasətdə hansı dəyişikliklər gözlənilir? Türkiyə müxalifətinin gələcəyi necə olacaq? Siyasi elm mütəxəssisi Pünhani Əsgərli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Jun 12, 2023

10 min

Süni zəka modelləri necə işləyir? Süni zəka modelləri ilə bağlı hansı problemli məsələlər var? Növbəti videomuzda proqramçı və proqram təminatının inkişafı mühəndisi Fəqani Hacızadə ilə süni intellekt və onun həyatımıza təsiri haqqında danışmışıq.

Jun 9, 2023

20 min

Qeyri-formal təhsil dedikdə nə nəzərdə tutulur? Peşəkar təlimçi auditoriya ilə işləyərkən hansı amilləri nəzərə almalıdır? Vahid öyrənmə prinsipi nə deməkdir? Sosial sahibkarlıq üzrə təlimçi Sara Rəcəbli ilə “Peşəkar təlimçi necə olmalıdır?” videomuzu izləyə bilərsiniz.

Jun 7, 2023

17 min

Məhkəməyə təqdim olunan sübutların mötəbər hesab olunması üçün hansı kriteriyalar olmalıdır? Telefon yazışmaları sübut kimi qəbul edə bilərmi? Praktikada sübutların qiymətləndirilməsi ilə bağlı vəziyyət necədir? Vəkil Lalə Nağıyeva videomuzu izləyərək öyrənə bilərsiniz.

Jun 5, 2023

14 min

Korporativlər və startaplar arasında hansı fərqlər var? Startaplar insanlara hansı imkanları təklif edir? Gələcək karyera planları üçün hansı istiqamətdə getmək daha faydalıdır? Karyera kouçu Leyla Surxayzadə ilə videomuzu öyrənərək izləyə bilərsiniz.

Jun 2, 2023

11 min

Mənəvi zərər, təhqir və böhtan dedildikdə nə nəzərdə tutulur? Şərəf və ləyaqətin açaldılması ilə bağlı tətbiq edilən hüquqi tədbirlər qanunvericilikdə öz əksini necə tapır? Hüquqşünas Rəşad Cahangirovla şərəf və ləyaqətin alçaldılmasının hüquqi perspektivləri haqqında danışmışıq.

May 31, 2023

13 min

Şabran rayonunun Qazbabalı kəndində uşaqlar məktəbə getmək üçün 3-4 kilometr uzaqlıqda, meşə massivinə yaxın, vəhşi heyvanların gəzdiyi qonşu Əmirxanlı kəndinə getməyə məcburdur. Növbəti videomuzda həmin kənddə könüllü müəllimlik edən jurnalist Coşqun Eldaroğlu ilə söhbət etmişik.

May 29, 2023

53 min

Orijinal əlifbaya malik ilk qafqazdilli xalqlardan biri olan albanların dili, bu dil haqqında aparılmış ən son araşdırmalar haqqında məlumat almaq və hərflər, fonetika, leksik nümunələr haqqında öyrənmək üçün araşdırmaçı-yazar Cavid Ağanın açıq dərs formatındakı çıxışını izləyə bilərsiniz.

May 26, 2023

13 min

Bölgələrdə qadınların ictimai-siyasi fəaliyyəti ilə bağlı vəziyyət nə yerdədir? Qadınlar qərarverici orqanlarda nə qədər təmsil oluna bilirlər? Bu istiqamətdə müsbət dəyişikliyə nail olmaq üçün nə edilməlidir? Gender məsələləri üzrə ekspert Aygül Cəfərova ilə videomuzu izləyə bilərsiniz.

Version: 20241125