Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

Jun 25, 2026

8 min

United Aid for Azerbaijan (UAFA) təşkilatının biznes inkişafı meneceri Natavan Fırat deyir ki, sosial sahibkarlıq qadınlara gəlir əldə etməklə yanaşı, mənsub olduqları icmalarda müsbət dəyişikliklər yaratmaq imkanı verir.
Spiker vurğulayır ki, dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin əməkdaşlığı qadınların sahibkarlığa giriş risklərini azaldır və onların uğur qazanmasına şərait yaradır.
Qonağımız qeyd edir ki, iqtisadi cəhətdən müstəqil qadınlar daha dayanıqlı, sabit və firavan cəmiyyətin formalaşmasına mühüm töhfə verirlər.

Jun 22, 2026

14 min

Uşaq ədəbiyyatı sadəcə uşaqları əyləndirmək üçün yazılır, yoxsa onların dünyagörüşünü formalaşdıran güclü bir vasitədir?
Yazıçı Qismət Rüstəmov nağılların psixoloji təsirindən uşağın ədəbiyyatda necə təmsil olunmasına, inklüzivlikdən vizual savadlılığa qədər uşaq ədəbiyyatına baxışımızı dəyişən beş mühüm nəzəriyyədən danışır.
Bu nəzəriyyələr həm böyüklərin uşaqlar üçün necə yazdığını, həm də uşaqların kitablardan nə öyrəndiyini və nə qazandığını yenidən düşünməyə çağırır.

Jun 18, 2026

9 min

Yeni videomuzda Ülfanə İsmayıllı rəqəmsal vətəndaşlığın nə olduğunu və onun rəqəmsal savadlılıqdan necə fərqləndiyini izah edir.
Qonağımız dezinformasiya, kibertəzyiq, şəxsi məlumatların paylaşılması və onlayn təhlükəsizlik kimi mövzuların məktəblərdə müzakirəsinin əhəmiyyətindən danışır.
Gələcəyin daha da rəqəmsallaşacağını vurğulayan spiker bildirir ki, məsuliyyətli və məlumatlı rəqəmsal vətəndaşların yetişdirilməsi təhsilin əsas vəzifələrindən birinə çevrilir.

Jun 15, 2026

13 min

Növbəti videomuz süni intellektin təhsildə yaratdığı yeni imkanlara həsr olunub.
İkram Qəbiyev bildirir ki, süni intellekt mürəkkəb mövzuları şagirdlərin yaşına və qavrama səviyyəsinə uyğun şəkildə izah etməyə, eləcə də fərdiləşdirilmiş öyrənməni daha əlçatan etməyə imkan yaradır.
Qonağımız vurğulayır ki, gələcəyin təhsilində əsas məqsəd hazır cavabları əzbərləmək deyil, eksperiment aparmaq, problemləri araşdırmaq və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək olmalıdır.

Jun 11, 2026

12 min

Müxtəlif hesablarımız və şəxsi məlumatlarımız rəqəmsal həyatımızın ayrılmaz hissəsinə çevrildikcə, onların təhlükəsizliyi də hər zamankından daha vacib olur.
Yeni videomuzda kibertəhlükəsizlik mütəxəssisi Elçin Məmmədov insanların ən çox hansı kiber risklərlə üzləşdiyini və kibercinayətkarların insan psixologiyasından necə istifadə etdiyini izah edir.
Spiker həmçinin hər bir istifadəçinin tətbiq edə biləcəyi sadə, lakin effektiv təhlükəsizlik tədbirlərindən bəhs edir.

Jun 8, 2026

16 min

Tədqiqatçı Zakir Rzazadə süni intellekt və yeni texnologiyaların hərbi müdafiə sənayesində yaratdığı dəyişikliklərdən danışır.
Onun sözlərinə görə, əsasən ABŞ-da fəaliyyət göstərən süni intellekt əsaslı müdafiə startapları təkcə yeni məhsullar yaratmır, həm də gələcəyin müharibəsi haqqında təsəvvürləri formalaşdırmağa çalışırlar.
Qonağımız bu çıxışında ənənəvi müdafiə sənayesi ilə yeni texnologiya şirkətləri arasındakı fərqləri, vençur kapitalının rolunu və süni intellekt ətrafında yaranan “şişirdilmiş gözləntilər” fenomenini təhlil edir.

Jun 4, 2026

10 min

Sosial media platformaları hansı paylaşımların silinəcəyinə, hansılarının isə milyonlarla insana göstəriləcəyinə necə qərar verir? Süni intellekt və alqoritmlər istifadəçiləri qorumağa çalışsa da, bəzən satira, aktivizm və ictimai əhəmiyyətli mövzuların da görünməz olmasına səbəb ola bilir. Bəs təhlükəsizliklə söz azadlığı arasındakı sərhəd harada başlayır və harada bitir?
Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı ilə bu videoda platforma idarəçiliyinin, kontent moderasiyasının və rəqəmsal dövrdə ifadə azadlığının gələcəyini müzakirə edirik.

Jun 1, 2026

13 min

“İndiki gənclər əvvəlkilərdən daha pisdir” fikri doğrudanmı həqiqətdir, yoxsa hər nəslin təkrarladığı köhnə bir stereotipdir?
Təhsil eksperti Yalçın İslamzadə hesab edir ki, problemin əsas səbəbi gənclərin dəyişməsi deyil, cəmiyyətin və təhsil sisteminin dəyişən dövrün reallıqlarına uyğunlaşa bilməməsidir.
Niyə gənclər özlərini anlaşılmamış hiss edirlər? Məktəb və valideynlər harada səhv edirlər? Cəza və sərt nəzarət həqiqətən nəticə verirmi?
Bu barədə daha ətraflı yeni müsahibəmizdə.

May 28, 2026

15 min

Adnan Axundov həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə texnologiya sahəsində 25 ildən artıq təcrübəyə malikdir. Son 10 ildə fəaliyyətini süni intellekt üzərində cəmləşdirən Adnan, Münhen Texniki Universitetində süni intellekt və maşın öyrənməsi üzrə təhsil aldıqdan sonra Volkswagen-in Süni İntellekt Tədqiqat Laboratoriyasında çalışıb. Daha sonra Facebook, Instagram və WhatsApp platformalarının sahibi olan Meta şirkəti tərəfindən inkişaf etdirilən PyTorch açıq mənbəli maşın öyrənməsi platforması üzərində çalışaraq dünya miqyaslı süni intellekt infrastrukturu və tətbiqi maşın öyrənməsi sistemlərinin hazırlanmasında iştirak edib.
Öz nitqində süni intellekt mühəndisi Adnan Axundov son illərdə həyatımızın bir hissəsinə çevrilən süni intellekt texnologiyalarının necə işlədiyindən danışır. O, süni intellekt sistemlərinin insan dilini necə anlamağa çalışdığını, məlumatlardan necə öyrəndiyini və niyə insan kimi görünən cavablar verdiyini izah edir. Bu video vasitəsilə maşın öyrənməsi və böyük dil modelləri kimi anlayışlarla sadə və anlaşılan formada tanış olacaqsınız.

May 25, 2026

18 min

SM Fresh Oil brendinin təsisçisi Maya Səbzəliyeva öz çıxışında aldığı tibb təhsilinin və sağlam qidalanmaya olan marağının onu təbii məhsullar sahəsinə gətirməsindən danışır.
Qonağımız bazarda keyfiyyətli və təzə yağ tapa bilmədiyi üçün bu məhsulları özü istehsal etməyə başladığını və zamanla bunun uğurlu biznesə çevrildiyini izah edir.
Spiker həmçinin sağlam yağlar, trans yağlar və insanların qidalanma ilə bağlı yayılmış yanlış təsəvvürləri haqqında danışaraq, təbii məhsulların uzunmüddətli sağlamlıq üçün əhəmiyyətini vurğulayır. 

Version: 20241125