Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

May 21, 2026

7 min

“Nağılçı” Uşaq Yaradıcılıq Atelyesinin və Unicorn Academy-nin təsisçisi Günel Yaşar hesab edir ki, süni intellekt dövründə uşaqların innovativ düşüncə, təşəbbüskarlıq və texnologiya bacarıqlarını erkən yaşlardan inkişaf etdirməsi vacibdir.
Qonağımız vurğulayır ki, gələcəyin peşələri və iş prinsipləri sürətlə dəyişdiyi üçün uşaqların yaradıcılıq və təşəbbüskarlıq düşüncəsi ilə böyüməsi böyük üstünlüyə çevriləcək.
Spikerin fikrincə, uşaqlar yalnız texnoloji alətlərdən istifadə etməyi deyil, həm də yeni ideyalar yaratmağı və dəyişən dünyaya uyğunlaşmağı bacarmalıdırlar.

May 18, 2026

10 min

Nərmin Elçin rəqəmsal marketinq sahəsində regional müştəri təmsilçisidir. Peşəkar fəaliyyəti dövründə həm ofisdən, həm də hibrid çalışma təcrübəsi olsa da, son iki ildə tam məsafədən çalışır.
Yeni videomuzda qonağımız pandemiyadan sonra geniş yayılmağa başlayan məsafədən iş modelinin zamanla bir çox insan üçün prioritetə çevrilməsindən danışır.
Spiker bu modelin zaman və coğrafi azadlıq, rahat iş mühiti kimi üstünlüklərindən bəhs etməklə yanaşı, onun tələb etdiyi məsuliyyət və intizamdan da söz açır.

May 14, 2026

11 min

Təhsil psixoloqu və Bakı Dövlət Universitetinin dosenti Elmina Kazımzadə deyir ki, uşaqlara sadəcə bilik vermək kifayət deyil. Onların emosiyalarını anlamağı, stresi idarə etməyi, başqalarının fikirlərinə və hisslərinə hörmət etməyi öyrənməsi ən azı akademik təhsil qədər önəmlidir.
Spikerin fikrincə, bu məsuliyyət yalnız məktəb psixoloqlarının deyil, müəllimlərin və valideynlərin də üzərinə düşür. O vurğulayır ki, uşaqlara hazır cavablar vermək yox, düşünmək və seçim etmək fürsəti yaratmaq daha vacibdir.

May 11, 2026

7 min

ADA Universitetinin müəllimi Günel Kərimova yeni videomuzda akademik yazının əhəmiyyəti və kölgə yazarlığı probleminə toxunub.
Spiker deyir ki, son illərdə sosial media vasitəsilə akademik yazı xidmətlərinin sayının artması, o cümlədən süni intellektdən bu sahədə fəal istifadə olunması akademik yazı bacarıqlarının zəifləməsinə səbəb olur.
Qonağımız vurğulayır ki, akademik yazı yalnız qiymət almaq vasitəsi deyil, düşünməyi, arqument qurmağı və öz fikirlərini ifadə etməyi öyrədən bir prosesdir.

May 7, 2026

11 min

Media mütəxəssisi Lalə Kişiyeva ilə yeni videomuzu sosial medianın və gözəllik sənayesinin necə yeni gözəllik standartları formalaşdırdığına həsr etmişik. Qonağımız müxtəlif tətbiqlərin, alqoritmlərin və davamlı müqayisənin insanların psixologiyasına təsiri haqqında danışıb.
Spiker vurğulayır ki, sosial media vasitəsilə bu cür gözəllik standartlarının geniş təşviq olunması yeniyetmələrdə özgüvən problemləri yaradır. O əlavə edir ki, şirkətlərin “özünə qayğı” mesajı altında insanlara əlçatmaz standartlar aşılamaq cəhdi problemi daha da dərinləşdirir.

May 4, 2026

8 min

Just Bread çörək evinin həmtəsisçisi Fidan Axundova sağlam qida ideyasının necə real biznesə çevrildiyini izah edir. O, Bakıda keyfiyyətli və faydalı çörək çatışmazlığını görərək bu sahədə dərin biliklər əldə etdiklərini və hər şeyi sıfırdan qurduqlarını qeyd edir.
Bu hekayədə kiçik bir ideyanın necə isti icmaya çevrildiyini, müştərilərlə qurulan etibarın gücünü görəcəksiniz. Qayğı və dəyərlər üzərində qurulan bu biznes barədə daha çox öyrənmək üçün yeni videomuzu izləyin.

Apr 30, 2026

13 min

ADA Universitetinin dosenti Anar Vəliyev ölkədə uşaqlarını xaricdə oxutmaq istəyən valideynlərin sayının artmasından və onların əsasən akademik hazırlığa fokuslanaraq uşaqların xaricdə müstəqil həyata hazırlığını diqqətdən kənarda qoymalarından danışır.
Spiker qeyd edir ki, bu səbəbdən bir çox gənc xaricdə təhsil almaq imkanı əldə etsə də, həyat bacarıqları yetərli olmadığı üçün müxtəlif çətinliklərlə üzləşir. Anar Vəliyev vurğulayır ki, təhsil yalnız diplom demək deyil, eyni zamanda insanın yetkinləşməsi və formalaşması prosesidir.

Apr 27, 2026

20 min

Rəssam Soltan Soltanlı sənəti həm şəxsi çağırış, həm də ictimai məsuliyyət kimi dəyərləndirir.
Gənc yaşlarından rəssamlığa bağlı qalan və öz yaradıcılıq yolunu müstəqil şəkildə formalaşdıran spiker vurğulayır ki, sənətdə ən vacib məsələ orijinallıqdır və hər bir sənətkar öz üslubunu, öz baxışını yaratmalıdır. 
Qonağımız qeyd edir ki, ciddi sənət davamlı dövlət və ictimai dəstək olmadan inkişaf edə bilməz.

Apr 23, 2026

8 min

Məktəbəqədər təhsil mütəxəssisi Pəri Osmanova uşaqların öyrənmə prosesində təbiətin rolundan danışır. O deyir ki, öyrənmək yalnız sinif otağı ilə məhdudlaşmır və təbiət uşaqlar üçün ən güclü resurslardan biridir.
Spikerin fikrincə, yağışa toxunmaq, torpağın qoxusunu hiss etmək, qarışqaları izləmək kimi sadə təcrübələr uşaqlarda yaradıcılığı, səbr və problem həll etmə bacarığını inkişaf etdirir.
Pəri Osmanova vurğulayır ki, biz uşaqlara hər şeyi öyrədə bilmərik, amma onlara öyrənməyi öyrədə bilərik. Bunun üçün isə uşağa kəşf etmək imkanı vermək vacibdir.

Apr 20, 2026

21 min

Tədqiqatçı Zakir Rzazadə müasir döyüşlərdə dron texnologiyasının artan rolunu və “dron inqilabı” anlayışının nə dərəcədə əsaslı olduğunu analiz edir.
Qonağımız bildirir ki, dronlar həm əlçatanlıq, həm də ucuzluq baxımından müharibənin dinamikasını dəyişsə də, bu dəyişikliklər bəzən şişirdilmiş şəkildə təqdim olunur.
Dronların effektivliyinin zamanla dəyişdiyini və qarşı tərəfin bu təhdidlərə uyğunlaşdığını deyən qonağımız əlavə edir ki, dron istifadəsində əsas dönüş nöqtəsi texnoloji deyil, daha çox iqtisadi məntiqdədir.

Version: 20241125