Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Listen on:
Episodes

Aug 15, 2024
Aug 15, 2024
14 min
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) digər ticarət marşrutlarından nə fərqləndirir? Ələt Azad İqtisadi Zonasının əsas funksiyası nədir? Orta Dəhliz marşrutunu təkmilləşdirmək üçün hansı addımların atılması vacibdir?
Şərqşünas tədqiqatçı Vüsal Quliyevlə videomuzu izləyərək öyrənə bilərsiniz.

Aug 12, 2024
Aug 12, 2024
10 min
Məişət zorakılığı ilə mübarizədə risk qiymətləndirilməsi effektiv vasitə ola bilərmi? Karseral metodun hansı çatışmayan cəhətləri var? Risk qiymətləndirilməsi prosesində dövlət qurumlarının üzərinə hansı öhdəliklər düşür?
Qadın haqları üzrə hüquqşünas Vəfa Rüstəmlə videomuzu izləyə bilərsiniz.

Aug 8, 2024
Aug 8, 2024
12 min
Süni zəkada etika ilə bağlı hansı problemlər ortaya çıxa bilər? Süni zəkanın qərarvermə mexanizmi necədir? Süni zəka qərəzli ola bilərmi?
Sosial media tədqiqatçısı Cavid Ağa ilə süni zəka və etika barəsində videomuzu izləyərək öyrənə bilərsiniz.

Aug 5, 2024
Aug 5, 2024
16 min
Azərbaycanda hazırda hansı bölgələrdə arxeoloji tədqiqatlar aparılır? Dövlət mülkiyyətində olan ərazilərdə qanunsuz qazıntı aparmağın cəzası nədir? Arxeoloji irsin qorunması üçün hansı tədbirlər görülür?
Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fariz Xəlilli bu suallara cavab verir.

Aug 1, 2024
Aug 1, 2024
17 min
Karbon xərcləri nədir və ətraf mühitə necə təsir edir? İqlim dəyişikliyi ilə mübarizədə individualların rolu nədən ibarətdir? Karbon kreditləri effektiv mübarizə üsuludurmu?
İqlim dəyişikliyi üzrə mütəxəssis Ayan Şamçıyeva ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Jul 29, 2024
Jul 29, 2024
22 min
Yeni Media dedikdə nə nəzərdə tutulur? Ənənəvi jurnalistika ilə Yeni Media arasında hansı əsas fərqlər var? Yeni Media texnologiyalarının üstünlükləri nələrdir? Hansı daha vacibdir: məzmun, yoxsa vasitə?
Yeni Media üzrə tədqiqatçı Səbinə İzzətli ilə videomuzu izləyə bilərsiniz.

Jul 25, 2024
Jul 25, 2024
16 min
Texnologiyanın memarlığa inteqrasiyası necə baş verir? Süni intellektin yaradıcı prosesə təsiri necədir? Memarlığın hansı tərəflərini süni intellekt əvəz edə bilər?
Memar Urfan Məmmədovla videomuzu izləyə bilərsiniz.

Jul 22, 2024
Jul 22, 2024
20 min
Azərbaycanda startaplar üçün hansı güzəştlər nəzərdə tutulur? Bu güzəştlər startap ekosisteminin inkişafı üçün yetərlidirmi? Startapların inkişafı üçün qanunvericilikdə nələr dəyişməlidir?
Turan Legal and Tax Services şirkətinin təsisçisi və direktoru Zalbəy Ağadadaşovla bu haqda danışmışıq.

Jul 18, 2024
Jul 18, 2024
18 min
Kino digər incəsənət sahələrindən necə fərqlənir? Sürrealist kinonun yaranması hansı amillərlə bağlıdır? Müasir kino izləyicisinin gözləntiləri nələrdir? Hekayə olmadan kino mövcud ola bilərmi?
Kinorejissor və rəssam Leylaxanım Qəmbərli ilə bu haqda danışdıq.

Jul 15, 2024
Jul 15, 2024
10 min
Sənətşünasın rolu nədən ibarətdir? Universitet təhsili müasir incəsənət tələbləri ilə üst-üstə düşürmü? Sənətşünaslıq tələbələrinin tez-tez qarşılaşdığı problemlər hansılardır?
Sənətşünas Ayna Moazzen bizə bu haqda danışıb.

