Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

Jul 11, 2024

20 min

Müəllimlərin peşəkar inkişafı nə üçün əhəmiyyətlidir? Azərbaycanda təhsil sektorunda bu istiqamətdə hansı islahatlar aparılıb? Digər ölkələrdə müəllimlərin peşəkar inkişafı ilə bağlı hansı uğurlu nümunələr var? Təhsil mütəxəssisi Ülviyyə Mikayılova ilə bu haqda danışmışıq.

Jul 8, 2024

15 min

Müasir oyun sənayesi necə inkişaf edib? Qlobal video oyun bazarını idarə edən əsas tendensiyalar hansılardır? Azərbaycanın bu sahədə uğur əldə etmək potensialı nə qədərdir?
“Dynamic Box Studio”-nun həmtəsisçisi Şahin Əliyevlə bu haqda danışmışıq.

Jul 4, 2024

13 min

Mədəniyyət siyasəti dedikdə nə nəzərdə tutulur? Mədəniyyətə dəstək modelləri hansılardır? Bu modellərin hansı çatışmayan tərəfləri var? Azərbaycanda mədəniyyət siyasəti ilə bağlı aktual məsələlər nələrdir? Yazıçı Qismət Rüstəmovla mədəniyyətə dəstək modelləri haqda videomuzu təqdim edirik.

Jul 1, 2024

19 min

Məişət zorakılığı cinayətləri dövlətin üzərinə hansı öhdəlikləri qoyur? Azərbayan qanunvericiliyində bununla bağlı hansı çatışmazlıqlar var? Avropa Məhkəməsinin məişət zorakılığı cinayətləri ilə bağlı yanaşması necədir? Vəkil Fariz Namazlı ilə videoumuzda bu suallara cavab tapa bilərsiniz.

Jun 27, 2024

17 min

Yeni Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Məcəllədə hansı məsələlərin tənzimlənməsi nəzərdə tutulub? Rəqabət siyasətinin əsas prinsipləri hansılardır? Rəqabət Məcəlləsi iqtisadiyyata nə qazandıracaq? İqtisadçı Azər Mehtiyev izah edir.

Jun 24, 2024

15 min

Sosial layihələr dedikdə nə nəzərdə tutulur? Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin dizaynında hansı çatışmazlıqlar var? Yaxşı layihə dizayn edə bilmək üçün nələri öyrənməyə ehtiyac var? İqtisadi inkişaf üzrə mütəxəssis Nicat Qarayevlə bu haqda danışmışıq.

Jun 20, 2024

21 min

Tələbələrin öyrənməyə cəlb olunmasında vacib amillər nələrdir? Bu prosesdə qlobal və yerli səviyyədə hansı çətinliklər var? Tələbələrin öyrənməsində universitetlərin üzərinə hansı öhdəliklər düşür? Tədqiqatçı Razia İsayeva ilə bu haqda danışmışıq.

Jun 17, 2024

11 min

Yaradıcı təbəqə ölkələrin inkişafına necə dəstək olur? Bakıda yaradıcı təbəqənin sayını necə artırmaq olar? Dövlət yaradıcı fəaliyyəti tənzimləməlidirmi?
ADA universitetinin dosenti Anar Vəliyevlə söhbətimizdə bu haqda danışmışıq.

Jun 5, 2024

14 min

İnsan resursları bizneslər üçün nə qədər əhəmiyyətlidir? Azərbaycanda insan resursları sahəsi nə vaxt inkişaf etməyə başlayıb? Bu sahədə mütəxəssis olmaq üçün hansı bacarıqlara ehtiyac var? İnsan resursları mütəxəssisi Səbinə Qulamzadə ilə söhbətimizi dinləyin.

Jun 3, 2024

14 min

Posttravmatik stress pozuntusunun öhdəsindən necə gəlmək mümkündür? Yaşadığımız bütün ağır hadisələr travmalara səbəb olurmu? Düzgün diaqnostika nə üçün əhəmiyyətlidir? Psixiatriya və psixoterapiya üzrə rezident həkim Loğman Qasımovla söhbətimizi dinləyə bilərsiniz.

Version: 20241125