Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

Jan 10, 2022

27 min

“Təəssüf ki, Azərbaycanda hələ də səhiyyə qurumları arasında maraqlar, ziddiyət çox güclüdür. Məsələn, Səhiyyə Nazirliyi hələ də səhiyyə siyasətini həyata keçirən əsas qurum olduğunu unudub sanki.” İqtisadçı Azər Mehtiyevlə səhiyyə islahatları və icbari tibbi sığorta haqqında danışmışıq.

Jan 7, 2022

23 min

Son günlər gündəmdə olan əsas mövzulardan biri yeni hazırlanmış “Media haqqında” qanun layihəsidir. Bu qanun layihəsinin əhəmiyyətli məqamları və potensial təsirləri nədən ibarətdir? Hüquqşünas Ələsgər Məmmədlinin bu mövzudakı təqdimatını izləyərək öyrənə bilərsiniz.

Jan 7, 2022

27 min

Mediasiya nədir və Azərbaycanda necə tətbiq olunur? Mediasiya qanunvericiliyində hansı problemlər var? Vəkil Zibeydə Sadıqova çıxış edir.

Jan 7, 2022

30 min

“İnsan mərkəzçilik ekoloji böhranların fonunda ekosistemin rifahını ləngidir və istər təbiətdə, istərsə də cəmiyyətdə baş verən güc münasibətlərini dərindən başa düşməkdə maneələr törədir.” Posthumanizm nədir və niyə əhəmiyyətlidir? Tədqiqatçı Nicat Eldarov danışır.

Jan 7, 2022

33 min

“Mərkəzi Bank deyir ki, bahalaşma xaricdən idxal inflyasiyası ilə bağlıdır. Lakin ən yüksək artım yerli məhsul olan tərəvəz məhsullarındadır. Problem bizim daxili iqtisadi münasibətlərdədir.” İqtisadçı Toğrul Vəliyev ilə əmək bazarı, məşğulluq və pensiya haqqında söhbət etmişik.

Jan 7, 2022

21 min

Berghof fondunun layihə meneceri Bəxtiyar Aslanov ilə Dağlıq Qarabağ müharibəsindən əziyyət çəkmiş şəxslərin şifahi tarix metodologiyası vasitəsilə hekayələrinin bölüşülməsi və sülh quruculuğu prosesi haqqında danışmışıq.

Jan 7, 2022

25 min

Dördüncü sənaye inqilabının əsas mahiyyəti və iqtisadi təsirləri nələrdir? Yeni texnologiyalar əmək bazarında bəzi iş yerlərini sıradan çıxara, yeni iş yerləri yarada bilərmi? İqtisadçı Təhmasib Əlizadənin dördüncü sənaye inqilabı haqqındakı çıxışını izləyərək öyrənə bilərsiniz.

Jan 7, 2022

17 min

Universitetlərlə bizneslərin əməkdaşlığı bizə nə kimi fayda verə bilər? Tələbələri təşəbbüskar ruhda yetişdirmək nə üçün lazımdır? Tədqiqatçı və UNEC müəllimi Mehin Cəbrayılova bu mövzu haqqında danışır.

Jan 7, 2022

27 min

“Media menecerlərinin peşəkar jurnalist çatışmazlığından şikayət etməyə heç bir haqqı yoxdur. Çünki özləri o mühiti yaratmayıblar.” Budəfəki videomuzda media eksperti Seymur Kazımovla jurnalistika elmi, gənc kadrlar və peşəkar kontent haqqında söhbət etmişik.

Jan 7, 2022

35 min

Məişət zorakılığı ilə bağlı atılmalı olan ən vacib addımlar hansıdır? Qonağımız, vəkil Rövşanə Rəhimli ilə qanunvericilik və reallıq haqqında söhbət etmişik.

Version: 20241125