Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Listen on:
Episodes

Aug 10, 2022
Aug 10, 2022
27 min
Bakıda tıxac problemi nə üçün kəskindir? İctimai nəqliyyat sərnişinlər üçün nə qədər əlverişlidir? Tədqiqatçı, Queensland universitetində informasiya sistemlərinin idarəedilməsi üzrə təhsil almış Orxan Zakirovla nəqliyyat, tıxaclar və şəhər sıxlığı haqqında söhbət etmişik.

Aug 8, 2022
Aug 8, 2022
13 min
Azərbaycana gələn turistlərin ölkə ilə bağlı hansı təəssüratları var? Turizmin inkişlaf etdirilməsinə haradan başlamaq lazımdır? Bələdçi Qanı Nəsirovla turistlərin Azərbaycan təcrübəsi barəsində danışmışıq.

Aug 5, 2022
Aug 5, 2022
19 min
Ekoturizm nədir və nəyə görə vacibdir? Ekoturizmlə təbiət turizminin fərqi nədir? Növbəti videomuzda ekoturizm eksperti Tural Ömərovla ekoturizm - yerli əhalinin iştirakı və təbiətin mühafizəsi barəsində söhbət etmişik.

Aug 3, 2022
Aug 3, 2022
12 min
Əqli mülkiyyət hüququ ilə bağlı doğru bilinən yanlışlar hansılardır? Hüquqşünas Aytac İmsayılova ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Aug 1, 2022
Aug 1, 2022
29 min
Azərbaycan su ehtiyatları baxımından yaxın gələcəkdə problem yaşayacaq ölkələr sırasındadır. Təcili tədbirlər görülməsə, su çatışmazlığı problemi yaxın illərdə daha da kəskinləşəcək. Növbəti videomuzda Rövşən Abbasov Azərbaycanda su ehtiyatları və iqlim dəyişmələri şəraitində idarəetmə problemləri haqqında danışır.

Jul 29, 2022
Jul 29, 2022
10 min
Vətəndaşların dövlət idarəetməsində iştirakı nə üçün vacibdir? Bu hüquqdan istifadə etmək üçün vətəndaşlar nə etməlidir? Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə ictimai iştirakçılıq və vətəndaşların qanunvericilik təşəbbüsü barəsində danışmışıq.

Jul 27, 2022
Jul 27, 2022
25 min
Polislə ünsiyyət zamanı bilməli olduğumuz məqamlar hansılardır? Hüquq-mühafizə orqanları tərəfindən dindirildikdə hansı hüquqlarımızdan istifadə edə bilərik? Vəkil Fariz Namazlı ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Jul 25, 2022
Jul 25, 2022
17 min
Taksi fəaliyyəti ilə bağlı sərnişinlər tez-tez bir sıra problemlərlə qarşılaşırlar. Bu problemlər nələrdir və onları necə həll etmək lazımdır? Vəkil Sənan Şirinovla taksi fəaliyyətinin hüquqi aspektləri haqqında söhbət etmişik.

Jul 22, 2022
Jul 22, 2022
29 min
Azərbaycanlı fotoreportyor Əziz Kərimovun Ukrayna müharibəsi dövründə çəkdiyi fotolar ətrafında çıxışını izləmək üçün videomuzu izləyə bilərsiniz.

Jul 20, 2022
Jul 20, 2022
16 min
Bina informasiya modelləşdirilməsi (BİM) nədir və ondan memarlıqda necə istifadə etmək mümkündür? Memar Aydan Ağabəyli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

