Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

Nov 25, 2022

19 min

Dairəvi iqtisadiyyat nədir və xətti iqtisadiyyatdan nə ilə fərqlənir? Dairəvi iqtisadiyyat cəmiyyətə necə təsir edir? İqtisadçı Nigar Əzizova ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Nov 23, 2022

30 min

Azərbaycan qanunvericiliyində və dünya təcrübəsində bullinqə qarşı necə mübarizə aparılır? Bullinqə məruz qalmış uşaqlar kimə müraciət etməlidirlər? Vəkil Sevinc Əliyeva ilə məktəblərdə bullinqə qarşı mübarizə aparmağın yolları haqqında söhbət etmişik.

Nov 21, 2022

14 min

Bakıda hansı yol-nəqliyyat problemləri qəza hadisələrinə səbəb olur? Bu problemləri aradan qaldırmaq üçün nə etmək lazımdır? Növbəti videomuzda tədqiqatçı Orxan Zakirovla Azərbaycanda yol-nəqliyyat təhlükəsizliyi haqqında danışmışıq.

Nov 18, 2022

24 min

İqlim böhranı ilə bağlı miqrasiyanın qeyri-müəyyən xarakteri hansı yeni təhlükəsizlik məntiqlərinin yaranmasına gətirib çıxarır? Bu təhlükəsizlik məntiqlərinin iqlim böhranından əziyyət çəkən əhali üçün mənfi təsirləri nələrdir? Tədqiqatçı Nicat Eldarovun çıxışını izləyə bilərsiniz.

Nov 16, 2022

16 min

Şagirdləri dərslərə necə həvəsləndirmək lazımdır? Hansı üsullarla şagirdlərin motivasiyalarını artırmaq olar? Müəllim Aygün Pəncəliyeva öz təcrübəsində istifadə etdiyi metodlar haqqında danışır.

Nov 14, 2022

31 min

Şahmata başlamaq üçün yaşın önəmi varmı? Uğurlu şahmatçı olmaq üçün istedad vacibdirmi? Qrossmeyster olmaq üçün nə etmək lazımdır? Qrossmeyster Vasif Durarbəyli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Nov 11, 2022

14 min

DanceAbility Azərbaycan əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişlər vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə vermək məqsədi daşıyır. Nigar Sultanova ilə söhbətimizi izləyərək DanceAbility Azərbaycan haqqında ətraflı məlumat ala bilərsiniz.

Nov 9, 2022

18 min

Siyasi partiyaların fəaliyyəti üçün əlverişli mühit olmadıqda hansı problemlərlə üzləşə bilərik? Ölkədə ictimai savadlılığın artmasına vətəndaş cəmiyyəti necə təsir edə bilər? Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanovla söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Nov 7, 2022

13 min

Oyun terapiyası uşaq psixoterapiyasında necə tətbiq olunur və uşaqlara necə təsir göstərir? Autizm Erkən Müdaxilə Mərkəzinin təsisçisi Aynur Hüseynli ilə uşaq psixoterapiyasında oyun terapiyasının rolu haqqında danışmışıq.

Nov 4, 2022

19 min

Azərbaycanda inkişaf ancaq Bakı şəhəri ətrafında gedir. Regional şəhərlərdə inkişaf yoxdur. Bunu dəyişmək üçün hansı siyasət aparıla bilər? ADA universitetinin dosenti Anar Vəliyevin Azərbaycan şəhərlərinin gələcəyi haqqında təqdimatını izləyə bilərsiniz.

Version: 20241125