Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Episodes

Oct 24, 2024

17 min

Dünyada və Azərbaycanda qadın futbolunun tarixi haradan başlayır? Futbolla məşğul olmağın hansı faydaları var? Məktəbli qızları futbola cəlb etmək üçün nə etmək mümkündür?
“Baku Juniours Women” futbol klubunun meneceri Ağasəf Osmanlı ilə videomuzu izləyə bilərsiniz.

Oct 21, 2024

25 min

Klassik şəhərsalma nəzəriyyələri hansılardır? Bu nəzəriyyələr müasir şəhərlərin formalaşmasında necə rol oynayıb? Azərbaycanda şəhərsalma sahəsində hansı fundamental problemlər mövcuddur?
Urbanist tədqiqatçı Bayram Axundovla videomuzu izləyə bilərsiniz.

Oct 17, 2024

15 min

Tələbələrin ixtisas seçimi ilə bağlı düzgün yanaşma hansıdır? Gənclərə öz seçimlərini etmələri üçün imkan yaratmaq nə üçün əhəmiyyətlidir? Düzgün ixtisas seçimi etmək üçün hansı trendləri izləmək lazımdır?
ADA Universitetinin prorektoru Vəfa Kazdalla bu haqda danışmışıq.

Oct 14, 2024

8 min

Azərbaycandakı trans fərdlərin qarşılaşdığı əsas çətinliklər hansılardır? Bu çətinlikləri yaradan səbəblər haradan qaynaqlanır? Trans kimliklərin mediada daha çox görünən olmağı nə üçün əhəmiyyətlidir?
Rejissor Miray Dənizlə bu haqda danışmışıq.

Oct 10, 2024

15 min

116-111 Uşaq Qaynar Xətti hansı fəaliyyətləri həyata keçirir? Qaynar xətt xidməti regiondakı uşaqlar üçün əlçatandırmı? Qaynar xəttə gələn müraciətlərdə məxfilik prinsipi necə qorunur?
Kəmalə Aşumova rəhbərlik etdiyi Azərbaycan Uşaq Qaynar Xətt xidməti haqda danışır.

Oct 7, 2024

12 min

Elmi jurnallarda məqalələrin çap edilməsi üçün hansı prosesdən keçmək lazımdır? Sosial sahələrdə elmi məqalələrin yazılması üçün hansı tələblər var? Elmi jurnalların təsir qüvvəsi dedikdə nə nəzərdə tutulur?
Vaşinqton Universitetinin elmi işçisi Aytəkin Hüseynli bizimlə bu haqda danışıb.

Oct 3, 2024

18 min

İşəgötürənlər əmək münasibətlərində hansı problemlərlə qarşılaşırlar? İşçilərin müqaviləsinə xitam verərkən hansı məqamlara diqqət edilməlidir? Müəssisələrdə daxili intizam qaydalarının hazırlanması nə üçün vacibdir?
Hüquqşünas Araz İsmayılov bu mövzuda təcrübəsini bölüşür.

Sep 23, 2024

13 min

Təhsilin inkişafında həmrəylik pedaqogikası nə üçün əhəmiyyətlidir? Rəqabətyönümlü pedaqogika hansı mənfi nəticələrə səbəb ola bilər? Şagirdlər məktəbdə xoşbəxtdirlərmi?
Təhsil mütəxəssisi Ülviyyə Mikayılova bu haqda danışmışıq.

Version: 20241125