Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Listen on:
Episodes

May 5, 2025
May 5, 2025
13 min
Zili brendinin təsisçisi Səidə Mirzəyeva, xalça naxışlarını dizayn vasitəsilə gündəlik həyata gətirmək missiyası haqqında danışıb.
İnsanlara orijinal Azərbaycan naxışlarını yenidən tanıtmaq məqsədilə yaradılan Zili brendi, xalça naxışlarını, miniatürləri və memarlıq elementlərini dekorativ və məişət əşyalarına tətbiq edir.
Qonağımız, Azərbaycanın vacib mədəni irs nümunələrindən biri olan xalçaçılıq sənətinin yaşadılması və inkişaf etdirilməsinin vacibliyini vurğulayır.

May 1, 2025
May 1, 2025
13 min
Yeni videomuz yazıçılara və yazı prosesinə baxışın zamanla necə dəyişdiyi haqdadır.
Yazıçı və ədəbiyyatşünas Ramil Əhməd qeyd edir ki, XIX əsrdən etibarən yaradıcılıq ilahi ilham yox, öyrənilə və təhlil oluna bilən bir bacarıq kimi dəyərləndirilməyə başlanıb.
Qonağımız hesab edir ki, müasir dövrdə, xüsusilə süni intellekt çağında yazıçılar yalnız ilhamla deyil, həm də nəzəri bilik və struktur anlayışı ilə silahlanmalıdırlar.

Apr 28, 2025
Apr 28, 2025
11 min
Rejissor və prodüser Türkan Hüseyn deyir ki, film istehsalı resurs asılılığı ən yüksək olan sənət növlərindən biridir və sıfır büdcə ilə film çəkmək demək olar ki, mümkünsüzdür. O, əlavə edir ki, buna baxmayaraq, film istehsalında ilk addımlarını atan insanlar bu prosesi daha az məsrəflə həyata keçirə bilərlər.
Qonağımız gənc rejissorlara məsləhət görür ki, kiçik layihələrlə başlasınlar — qısa ssenarilər yazsınlar, dostları ilə əməkdaşlıq etsinlər və mövcud imkanlardan, hətta mobil telefonlardan və köhnə kameralardan istifadə edərək sınaq çəkilişləri aparsınlar.

Apr 24, 2025
Apr 24, 2025
11 min
ProjectFlat təşəbbüsünün qurucusu Yaqub Zeynalovla onun “fermadan süfrəyə” təcrübəsi haqqında danışdıq. Yeməyi təbiət və yaddaşın formalaşdırdığı bir ünsiyyət və sənət forması kimi dəyərləndirən aşpaz, insanları yerli məhsul və istehsalçılarla birləşdirən kiçik, amma iddialı bir məkan yaradıb.
Yaqub Zeynalov fermerlərlə işləmək üçün səfərlər edir, onlara məhsullarının dəyərini anlamağa və bazara yaradıcı yollarla çıxmağa kömək edir. O bildirir ki, məqsədi daha şüurlu bir qida mədəniyyəti formalaşdırmaq və bu sahədə sistemli dəyişiklikləri aşağıdan yuxarıya doğru təşviq etməkdir.

Apr 21, 2025
Apr 21, 2025
18 min
Ömür boyu təhsil anlayışı tez-tez səhvən əlavə və ya davamlı təhsil kimi anlaşılır. Tədqiqatçı Abbas Babayev bildirir ki, əslində ömür boyu öyrənmə fərdin yaşından, əvvəlki təhsilindən və mənşəyindən asılı olmayaraq, hər kəs üçün əlçatan, çevik və mənalı öyrənmə imkanlarının yaradılmasına yönəlmiş daha geniş bir fəlsəfədir.
Qonağımız vurğulayır ki, universitetlərdə ömür boyu təhsilin gerçək inteqrasiyası üçün mədəni və institusional dəyişikliklərə, dəstəkləyici siyasətə və yalnız əmək bazarının deyil, həm də şəxsi inkişaf ehtiyaclarının nəzərə alındığı bir yanaşmaya ehtiyac var.

Apr 17, 2025
Apr 17, 2025
24 min
Təlimçi və təhsil kouçu Vəfa Qəhrəman hər bir şagirdin öyrənmə tərzinin tanınmasının və bu tərzə uyğun sinif mühitlərinin yaradılmasının vacibliyini vurğulayır.
O bildirir ki, müəllimin kiçik jestləri — məsələn, bir şagirdin maraq və həvəs dairələrinə diqqət yetirməsi — dərin yaradıcılığın və özünəinamın açarına çevrilə bilər.
Qonağımız əlavə edir ki, müəllimin düşüncə tərzi və empati bacarığı çox zaman istənilən dərs vəsaitindən və texnoloji imkanlardan daha təsirli olur.

Apr 14, 2025
Apr 14, 2025
14 min
Turizm dayanıqlı modellər əsasında qurulmadıqda, onun törətdiyi zərər kifayət qədər ciddi olur.
Turizm və hotel idarəçiliyi üzrə mütəxəssis Vəfa Kərəmova bildirir ki, dayanıqlı modellər turizm fəaliyyəti zamanı gəlirlərin yalnız böyük şirkətlərə deyil, yerli əhaliyə də çatmasını nəzərdə tutur.
Qonağımız əlavə edir ki, hazırda Azərbaycanın unikal imkanı var – ölkə iqtisadi baxımdan səmərəli, eyni zamanda mədəni və ekoloji cəhətdən dayanıqlı bir turizm modeli qura bilər.

Apr 10, 2025
Apr 10, 2025
15 min
Fotoqraf Əli Rza ənənəvi köç həyatını sənədləşdirmək üçün çoban icmalarına qoşularaq piyada şəkildə 200 kilometrdən çox məsafə qət edib. Bu işdə o, insan faktoruna - nəsildən-nəslə ötürülən biliklərə, fiziki çətinliklərə və sosial reallıqlara fokuslanır.
Əli Rza öz obyektivindən yalnız köç həyatının mədəni və tarixi qatlarını deyil, onun davam edən sosial təsirini də göstərir. Burada uşaqların təhsilinin pozulması və ailələrin parçalanmasından doğan emosional təsirlər əsas mövzulardan biridir.

Apr 7, 2025
Apr 7, 2025
19 min
Kitab və filmlərdən fərqli olaraq, video oyunlar oyunçulara sadəcə müşahidəçi olmaq deyil, həmin dünyaların içində yaşamaq və qərarlar qəbul etmək imkanı verir. “Dynamic Box Studio”nun həmtəsisçisi Şahin Əliyevin sözlərinə görə, məhz bu interaktivlik video oyunları digər media növlərindən tamamilə fərqləndirir.
Qonağımız bildirir ki, video oyunlar texnologiya, sənət və hekayəçilik arasında körpü rolunu oynayır. Onunla söhbətimizdə video oyunların necə yaradıldığını və istifadəyə verilməzdən əvvəl hansı mərhələlərdən keçdiyini müzakirə etdik.

Apr 3, 2025
Apr 3, 2025
9 min
Yeni müsahibəmizdə şirkətlərin həyata keçirdiyi xeyriyyə təşəbbüsləri və korporativ sosial məsuliyyət layihələri haqqında danışmışıq.
Marketinq mütəxəssisi Aydan Nəbiyeva bizimlə söhbətində müxtəlif özəl qurumların bu cür təşəbbüsləri həyata keçirərkən fəaliyyətin mahiyyətindən daha çox şirkət imicinə fokuslandığını qeyd edir və bu cür fəaliyyətlərin işıqlandırılmasında qüsurlara yol verildiyini vurğulayır.

