Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Listen on:

  • Podbean App
  • Spotify

Episodes

Wednesday Mar 01, 2023

Torpaq insanlar və digər canlılar üçün hansı fərqli dəyərləri yaradır? Bu dəyərləri qorumaq nə üçün vacibdir? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Monday Feb 27, 2023

Həssas qruplar dedikdə kimlər nəzərdə tutulur? Həssas qruplara aid olan şəxslər Azərbaycanda hansı çətinliklərlə qarşılaşırlar? Bu dəfəki videomuzda hüquqşünas Ruslan Əliyevlə həssas qrupların qarşılaşdığı çətinliklər və hüquqlar barəsində söhbət etmişik.

Friday Feb 24, 2023

Oyun pedaqogikası nədir? Uşaqlarla hansı növ oyunları oynamaq daha effektivdir? Erkən təhsil mütəxəssisi, Finlandiyada uşaqların erkən inkişafı sahəsində çalışan müəllim Sura Ağaverdiyeva ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Wednesday Feb 22, 2023

Erasmus+ proqramı nədir? Proqramın təklif etdiyi imkanlardan necə yararlanmaq olar? Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırovla müsahibəmizi izləyərək ətraflı məlumat ala bilərsiniz.

Monday Feb 20, 2023

Vərəsəlik institutu nədir və hansı məqsədlərə xidmət edir? Qanunla kimlər vərəsə hesab edilir? Mirasla bağlı yanlış bilinən məlumatlar hansılardır? Növbəti videomuzda vəkil Aysel Əhmədova ilə vərəsəlik haqda tez-tez verilən suallar barəsində söhbət etmişik.

Wednesday Feb 15, 2023

Cinsi zorakılığa məruz qalmış şəxslər ilkin olaraq hansı quruma müraciət etməlidir? Hüquq-mühafizə orqanlarının zərərçəkmişlərlə davranış qaydaları necə olmalıdır? Vəkil Sevda Məhərrəmova ilə cinsi zorakılıq, ictimai təfəkkür və görülməli tədbirlər haqqında söhbət etmişik.

Monday Feb 13, 2023

İcma quruculuğu nədir və nəyə görə əhəmiyyətlidir? İcma inkişafı ilə bağlı həyata keçirilən layihələrdə hansı vacib prinsiplər nəzərə alınmalıdır? İcma səfərbərçisi Ağalar Ağalarlı ilə imkanlara əsaslanan icma inkişafı haqqındakı videomuzu izləyərək öyrənə bilərsiniz.

Friday Feb 10, 2023

Sosial mediada “Media haqqında” yeni qanun layihəsinə etiraz olaraq müstəqil jurnalistlər tərəfindən “İcazəli media istəmirik” kampaniyası başladılıb. Jurnalistlər nə üçün etiraz edirlər və tələbləri nələrdir? Jurnalist Aynur Elgünəşlə söhbətimizi izləyərək məlumat ala bilərsiniz.

Wednesday Feb 08, 2023

Bakıda tıxac problemini həll etmək üçün hansı həll variantları var? Az mobilli insanların küçə-yol şəbəkəsində rahat hərəkətini necə təmin etməli? Budəfəki videomuzda nəqliyyat eksperti Rauf Ağamirzəyevlə Bakıda yaşayış keyfiyyətinin və mühitinin yaxşılaşdırılmasında mobilliyin rolu haqqında danışmışıq.

Monday Feb 06, 2023

Platforma işçilərinin son zamanlar baş verən etirazları nə ilə nəticələndi? Bu işçilərin hüquqlarının qorunması üçün hansı addımlar atılmalıdır? Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun rəhbəri Fərid Rüstəmzadə ilə gig-iqtisadiyyat, əmək münasibətləri və istismar haqqında danışmışıq.

Version: 20241125